Macarıstan Aİ-nin Ukrayna siyasətini tənqid etdi: dəhşətli və faciəlidir
Bizi izləyin

Dünya

Macarıstan Aİ-nin Ukrayna siyasətini tənqid etdi: dəhşətli və faciəlidir

Macarıstan Avropa ittifaqının Ukrayna ilə bağlı strategiyasını dəhşətli və faciəli adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto İspaniyanın “El Debate” qəzetinə müsahibəsində bildirib.

"Avropa İttifaqı Ukraynadakı müharibə ilə bağlı dəhşətli və faciəli strategiya seçib", - deyə o vurğulayıb.

Nazirin fikrincə, Qərbin Ukraynaya silah və pul göndərməsi, Moskvaya qarşı sanksiyalar tətbiq etməsi Aİ ilə Rusiya arasında münasibətləri korlayıb.

Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının enerji təhlükəsizliyi ilə bağlı verdiyi zəmanətləri yerinə yetirmədiyi təqdirdə altı ay ərzində Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacaqlarını bəyan etmişdi.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm