Dünya
Naci Görürdən qorxulu xəbərdarlıq: “Əsl fəlakət o zaman baş verəcək”
Seysmoloq Naci Görür Türkiyənin bəzi bölgələri üçün böyük zəlzələ xəbərdarlığı edib.
Publika.az xəbər verir ki, Görür qatıldığı bir proqramda zəlzələlərlə bağlı maarifləndirmə apardığını və insanları məlumatlandırmaq üçün çalışdığını bildirib.
O, 6 fevral zəlzələlərini xatırladaraq bu dəfə gözlənilən zəlzələnin Diyarbəkir üçün təsiri olmadığını, Şərqi Anadolu fayının Elazığ, Bingöl, Malatya, Adıyaman, Kahramanmaraş və Hataydan keçdiyini bildirib:
"Bunun Diyarbəkirlə heç bir əlaqəsi yoxdur. Amma yaxın bölgədə zəlzələ baş verəndə bura da ziyan görə bilir. Bir zəlzələ meydana gəldiyində, bu sistemlər 5 milyon ton dinamitin partlaması kimi böyük enerji istehsal edir. Əsl fəlakət o zaman baş verəcək”.
Seysmoloq qeyd edib ki, bir yerdə zəlzələ baş verdikdən müəyyən bir müddət sonra eyni yerdə eyni böyüklükdə başqa bir zəlzələ ola bilər: “Ona görə də tam mərkəzində olmasa da, Diyarbəkirdə də zəlzələ olacaq. Şəhər mərkəzinə 50-150 kilometr məsafədə ola bilər”.
Roza
-
Magazin119:12
Sevda Yahyayeva transparan geyimdə - FOTO
-
Hadisə18:06
Azərbaycanda zəlzələ oldu
-
Səhiyyə17:00
Bölgələrdə həkim çatışmazlığı - Onları təqaüdə göndərməyin nə mənası var?
-
Müsahibə15:40
Almaniyada TOP-5-ə daxil olan azərbaycanlı neyrocərrah: Getməyə hazırlaşanda direktor dedi ki...
-
Qoroskop14:25
Astroloqdan bütün bürclərə xəbərdarlıq: “Bu gün başlayır”
-
Avropa13:50
Avropa liderləri ABŞ-dan Ukrayna ilə bağlı görün nə tələb edirlər - Şok plan
-
Kriminal12:20
Kişi 23 il evli olduğu arvadından şübhələndi: “75 yaşlı həkim ona bazarlıq edib, qızıma isə...”
-
Sosial10:25
Bakıda evlərin qiyməti kəskin bahalaşacaq - Səbəb bəllidir