Özcan Dənizin “150 milyonum oğurlandı” iddiası səs-küyə səbəb oldu
Bizi izləyin

Dünya

Özcan Dənizin “150 milyonum oğurlandı” iddiası səs-küyə səbəb oldu

Ailəsi ilə yaşadığı problemlər ilə gündəmdə olan türkiyəli məşhur müğənni və aktyor Özcan Dəniz bu dəfə öz qardaşını məhkəməyə verib.

Publika.az xəbər verir ki, müğənni sosial media hesablarının əlindən alınması ittihamı ilə qardaşı və keçmiş meneceri Ercan Dənizi məhkəməyə verib.

“Gel Konuşalım” proqramına qatılan böyük qardaş Ercan Dəniz Özcan ilə olan münasibətindən danışıb:

“Özcan bəy davamlı olaraq öz səhifəsindən bir şey paylaşır. Mən ona xəbərdarlıq etdim ki, yayımlamasın. Davamlı xəbərlər paylaşılır ki, Özcan Dəniz ailəsinə baxır. O, ailəsindən kimə pul göndərir? 19 yaşı olanda Almaniyaya getdi, 25 yaşında gəldi. O vaxta qədər ailəni kim idarə edirdi?

Böyük qardaşı kimi onu dəstəkləyirdim. Birdən-birə o, “Qardaşım mənim pulumun 150 milyonunu oğurlayıb” deməyə başladı.

Sonra öz komandası gəldi və bu dəfə şirkətə borclu olduğu məlum oldu. Sonra dedim ki, bağışla, qardaş, işləyə bilməyəcəyik. Özcanı ancaq serialdakı obrazlarına görə tanıyırıq. Bir il belə evliliyini idarə edə bilməyən birindən danışıram”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm