Trampın bəyanatları Qəzzada atəşkəsə təsir edəcək?
Bizi izləyin

Dünya

Trampın bəyanatları Qəzzada atəşkəsə təsir edəcək?

Trampın bəyanatları Qəzzada atəşkəsə təsir edəcək?

ABŞ prezidenti Donald Trampın fələstinlilərin məskunlaşması ilə bağlı bəyanatları HƏMAS-ın Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsini həyata keçirməsinə təsir etməyəcək.

Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Fələstin hərəkatının sözçüsü Sami Əbu Zuhri deyib.

Xatırladaq ki, bundan əvvəl Ağ Evin sahibi ABŞ-ın Qəzzanı “nəzarət altına alacağını” və yenidənqurma işlərinə cavabdeh olacağını bildirib. Donald Tramp indiki Qəzza zolağını da “söküntü sahəsi” adlandırıb. Bundan əlavə, o, ABŞ-ın ora ordusunu göndərə biləcəyini istisna etməyib və bölgəyə baş çəkəcəyini vəd edib.

Qəzet yazır ki, HƏMAS nümayəndəsinin sözlərinə görə, Trampın bu bəyanatları atəşkəs razılaşmasına təsir etməyəcək.

Qeyd edək ki, yanvarın 19-dan Qəzzada İsrail və HƏMAS arasında əldə olunan razılaşma çərçivəsində atəşkəs rejimi qüvvədədir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm