Dünya
Trampdan daha bir sensasion iddia: Rusiyanı G7-yə qaytarır
ABŞ prezidenti Donald Tramp Oval Ofisdə keçirilən imza mərasimində Rusiya ilə bağlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, Tramp Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və ABŞ-ın daxil olduğu G7-yə Rusiyanın da yenidən qəbul edilməli olduğunu bildirib.
O, Rusiyanın Krımı ilhaq etməsindən sonra o zamankı ABŞ prezidenti Barak Obamanın Rusiyanı G7-dən çıxarmasını yanlış hesab etdiyini qeyd edib: "Onların geri alınmasını çox istərdim. Düşünürəm ki, onları çıxarmaq səhv idi. Məsələ Rusiyanı bəyənib-bəyənməməkdən getmir, söhbət G8-dən gedir".
Tramp Rusiya prezidenti Vladimir Putinin də masa arxasında olmaq istədiyini düşündüyünü bildirib: “Çox güman ki, “Böyük səkkizlik” mövcud olsaydı, Ukrayna ilə bağlı bu problem yaşanmazdı və o zaman mən prezident olsaydım, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi”.
Həmçinin o, Putinin də Ukraynadakı müharibənin bitməsini görmək istədiyini bəyan edib: “Putinin sülh istədiyinə inanıram. Düşünürəm ki, onu yaxşı tanıyıram. Bəli, sülh istəyir. İstəməsəydi, mənə deyərdi".
Roza
-
Dünya04:30İran geri çəkilməyəcək - Pezeşkian
-
Qoroskop02:19Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
ABŞ01:40ABŞ-da məsciddə atışma: ölənlər var
-
ABŞ00:45ABŞ bu gün İrana zərbə endirəcək? - Trampın son qərarı
-
Sağlamlıq18 May 22:46Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
Sosial18 May 21:11Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək
-
Sağlamlıq18 May 20:00ÜST hantavirusa yoluxma sayının artdığını açıqladı
-
Nəqliyyat18 May 19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama





























.jpg)


