İdman
Kadırovun oğlu qadınlara hücum edən MMA döyüşçüsünü qovdu
Çeçenistanın Bədən Tərbiyəsi və İdman naziri, respublika rəhbəri Ramzan Kadırovun oğlu Əhməd Kadırov qonşularına hücum edən “Axmat” klubunun MMA döyüşçüsü Cihad Yunusovun taleyini həll edib.
Publika.az xəbər verir ki, bu barədə Qroznı Dövlət Televiziya və Radio Yayımları Şirkəti məlumat verib.
İdmançı klubdan qovulub. Bundan əvvəl Yunusov dostunun yanında qadınlara hücum edib. Bu, mənzil binasının girişində təhlükəsizlik kamerası ilə bağlı mübahisədən sonra baş verib. İdmançı Qroznı sakininin üzünə qəhvə sıçratıb və ona bir neçə dəfə təpik vurub. O, həmçinin ikinci bir qadına da hücum edib. Hadisədən sonra qadınlar polisə şikayət ediblər.
Kadırov hadisəni şərh edərkən qeyd edib:
“Xalqımız tərbiyəsi, mənəvi və etik normalara riayət etməsi, milli adət-ənənələrə hörməti ilə tanınır. Bu cür davranışlara heç vaxt dözülməyəcək və son qoyulacaq”.
-
Hadisə14:16Əsgərin həyatını xilas edən hərbçimiz həlak oldu - FOTO
-
Ekologiya13:20Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
ABŞ12:25Mask Avropa İttifaqını saxta təşkilat adlandırdı
-
MDB11:154 polisi və özünü qumbara ilə belə partlatdı - VİDEO
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov
-
Hadisə10:01DSX əməliyyat keçirdi - Əfqanıstan vətəndaşları saxlanılıb
-
İdman09:43“Qarabağ”ın yarımmüdafiəçisi oynadı?
-
Sosial08:45Bakıda yeni söküntülər və abadlıq layihələri - Hansı ərazilər dəyişəcək?















.jpg)




















