Qazaxıstanda mədən çökdü: 7 nəfərin meyiti tapıldı - Yeniləndi
Bizi izləyin

Dünya

Qazaxıstanda mədən çökdü: 7 nəfərin meyiti tapıldı - Yeniləndi

Qazaxıstanda mədən çökdü: 7 nəfərin meyiti tapıldı - Yeniləndi

Qazaxıstanın Ulıtau vilayətində mədənin çökməsi nəticəsində ölən yeddi mədənçinin meyiti xilasetmə qrupları tərəfindən tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Yeddi işçinin hamısının meyitləri səthə qaldırılıb və məhkəmə-tibbi ekspertiza üçün polis əməkdaşlarına təhvil verilib.

***

Qazaxıstanın Ulıtau vilayətinin Janaarka rayonunda yerləşən "Jomart" mədənində dağ süxurlarının uçması baş verib.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dağıntılar altında mədənin 7 işçisi qalıb. Hazırda xilasedicilər axtarış-xilasetmə işləri aparırlar.

Hadisənin səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm