Dünya
Şimali Koreya ABŞ-ı hədələdi: Bütün vasitələrdən istifadə edəcəyik
Rəsmi Pxenyan ABŞ dövlət katibi Marko Rubio, Yaponiyanın xarici işlər naziri Takeşi İvaya və Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul arasında Almaniyada keçirilən üçtərəfli görüşdən sonra sərt açıqlamalar verib.
Publika.az xəbər verir ki, Şimali Koreya ABŞ-ın nüvəsizləşdirmə məqsədinin “mümkünsüz” olduğunu bildirib.
Şimali Koreya Xarici İşlər Nazirliyinin üçtərəfli görüşdən sonra yaydığı bəyanatda deyilir:
“ABŞ-ın Yaponiya və Cənubi Koreyanın Koreya yarımadası və onun ətraf ərazilərində münaqişə ehtimalına səbəb olan avantürist və axmaq hərəkətlərindən ciddi şəkildə narahatıq. Xəbərdarlıq edirik ki, düşmən ölkələrin hər hansı təxribatı böyük və qətiyyətli cavabla qarşılanacaq. ABŞ-ın real olmayan məqsədi dünya xalqlarını çətinə salacaq axmaqlıqdan başqa bir şey deyil. ABŞ və müttəfiqlərindən düşmən təhdidlər mövcud olduğu müddətcə Şimali Koreyanın nüvə silahı sülh və suverenliyi qorumaq vəzifəsini üzərinə götürən özünümüdafiə vasitəsi olmağa davam edəcək. ABŞ-ın təzyiqi Pxenyanın strateji gücünü daha da inkişaf etdirir. Prezidentimizin təyin etdiyi nüvə enerjisini inkişaf etdirmək siyasətinə ciddi şəkildə riayət edəcəyik. Bütün siyasi və hərbi vasitələrdən istifadə edərək ABŞ və müttəfiqlərinin təhdid və hədəsinin qarşısını alacağıq”.
Aysel Şahmar
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
-
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq






.jpg)














.jpg)

.jpg)









