Gəlin Rusiyanın tələsinə düşməyək: Kallas çağırış etdi
Bizi izləyin

Dünya

Gəlin Rusiyanın tələsinə düşməyək: Kallas çağırış etdi

Gəlin Rusiyanın tələsinə düşməyək: Kallas çağırış etdi

Avropa İttifaqının baş diplomatı Kaja Kallas avropalı nazirlərlə ABŞ dövlət katibi Marko Rubio arasında baş tutan telefon danışığından danışıb.

Publika.az “European Pravda”ya istinadən xəbər verir ki, Kallas bu barədə "X" səhifəsində yazıb.

Rubio ilə söhbət Ər-Riyadda ABŞ-Rusiya danışıqlarından sonra baş tutub. Kallas vurğulayıb ki, Rusiya Avropa və ABŞ-ı parçalamağa çalışacaq.

"Gəlin ABŞ-la birlikdə çalışaraq onların tələlərinə düşməyək, biz Ukrayna şərtləri ilə ədalətli və davamlı sülhə nail ola bilərik", - deyə o qeyd edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm