Dünya
Avropanın bu planının heç bir dəyəri yoxdur - Xerson qubernatoru
Qərbi Avropa ölkələrinin Rusiyaya məhəl qoymayan Ukrayna üçün hazırladığı sülh planının zərrə qədər də dəyəri yoxdur.
Publika.az xəbər verir ki, bunu Xerson qubernatoru Vladimir Saldo bildirib.
“Bütün bunlar ölkəmizin maraqları nəzərə alınmadan həyata keçirilə bilməz, bu o deməkdir ki, Rusiyadan yan keçmək üçün hazırlanmış hər hansı sülh planının zərrə qədər də dəyəri yoxdur”, - Saldo qeyd edib.
Daha əvvəl “Daily Mail”in diplomatik mənbələrdən verdiyi xəbərə görə, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron gələn həftənin əvvəlində Vladimir Zelenski ilə Vaşinqtona getməyə və Ukraynadakı hərbi münaqişənin həlli planını təqdim etməyə hazırlaşır.
Makron daha əvvəl “Figaro”ya verdiyi müsahibədə Starmerlə Ukraynada hava, dəniz və enerji infrastrukturunu əhatə edən bir aylıq atəşkəs təklif etdiklərini demişdi. Makron həmçinin bildirib ki, bu təklif yerdəki vəziyyəti əhatə etmir, çünki cəbhənin uzunluğu atəşkəs rejiminə əməl edilib-edilmədiyinə nəzarəti çətinləşdirir.
Aysel Şahmar
-
Magazin121:48"Yalandan deyir ki, sənin adındır"
-
MDB21:36Lukaşenko süni intellektlə bağlı çağırış etdi - “Çin lideri dedi ki...”
-
Magazin120:00"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Ekologiya19:55Nazirlikdən XƏBƏRDARLIQ - Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
-
Sosial19:12Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Ekologiya18:24Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Rəsmi xronika17:16Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:38“Mənim qızımı niyə gətirməmisən, görərdim” - Video






































