İdman
FİFA-ya qarşı ŞOK İTTİHAM - Azarkeşlərin cibinə belə girirlər
Nyu-York və Nyu-Cersi ştatlarının Baş prokurorluqları 2026-cı il futbol üzrə dünya çempionatının bilet satışı ilə bağlı FİFA-ya qarşı rəsmi araşdırmaya başlayıb.
Publika.az xəbər verir ki. bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Nyu-Cersinin baş prokuroru Cennifer Devenport FİFA-nı süni qıtlıq yaratmaqda və qiymətləri əsassız şəkildə yüksəltməkdə günahlandırıb:
"FİFA dünya çempionatına bilet almağı böyük bir qarışıqlığa çevirib. Onlar istehlakçıların hesabına süni qıtlıq yaradaraq biletləri həddindən artıq baha qiymətə satırlar".
Prokurorluq turnirin səkkiz oyunu, o cümlədən final matçı ilə bağlı bilet satışı haqqında ətraflı məlumat tələb edib. Bildirilir ki, aprel ayında FİFA daha əvvəl birinci kateqoriyaya aid olan tribunaların ön sıralarını yeni və daha bahalı kateqoriyaya keçirib. Azarkeşlər təşkilatı manipulyasiyada ittiham edirlər: iddiaya görə, təşkilatçılar əvvəlcə azarkeşlərə daha az cəlbedici yerlər təklif edib, sonra isə ən yaxşı yerləri daha baha qiymətə satışa çıxarıblar.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək. Biletlərin qiyməti 100 dollardan başlayaraq 6370 dollara qədər dəyişir.
Hüseyn İbadlı
-
Nida Xəbər 03:44İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı
-
Sosial02:43Üçüncü kurs tələbəsi vəfat etdi - Foto
-
Hadisə31 İyul 21:26Şirvan suvarma kanalı yarıldı - Xüsusi texnika cəlb olundu
-
Hadisə31 İyul 19:50“Port Baku”da yanğın oldu - Video/Yeniləndi
-
Avropa31 İyul 19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika31 İyul 17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə31 İyul 15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 31 İyul 14:45Əli Əsədov sərəncam imzaladı















.jpg)

.jpg)




.jpg)




.jpg)








