Avropa
İki əsrlik köləlik fərmanları ləğv edildi
Fransa hakimiyyəti ölkənin bütün müstəmləkələrində köləliyi tənzimləyən "Qara kodeks"in (Code Noir) ləğvi üçün yekdilliklə səs verib.
Publika.az xəbər verir ki, bu barədə "La Provence" nəşri məlumat yayıb.
1685-ci ildə XIV Lüdovik tərəfindən imzalanan və 60 maddədən ibarət olan bu sənəd kölələri "daşınan əmlak" kimi təsnif edirdi. Kodeksə əsasən, insanları alıb-satmaq, onları ağır fiziki işlərə məcbur etmək qanuni sayılırdı. Sənəddə həmçinin qaçmağa cəhd edən kölələr üçün qulaqların kəsilməsindən tutmuş ölüm cəzasına qədər sərt cəzalar nəzərdə tutulurdu.
Fransanın xarici ərazilər üzrə naziri Naima Muçu Milli Assambleyada çıxışı zamanı bu sənədin uzun müddətdir hüquqi qüvvəsini itirməsinə baxmayaraq, onun "biabırçı izlərinin" hələ də hiss olunduğunu bildirib və bu mətnin hüquq sistemindən tamamilə çıxarılmasını tələb edib.
Ekspertlərin fikrincə, bu qərarın hüquqi nəticədən daha çox simvolik mənası var və bu, Fransanın keçmişi ilə hesablaşması istiqamətində atılmış yeni bir addımdır. Qanun layihəsi hələ Senat tərəfindən nəzərdən keçirilməlidir, lakin "La Provence"in məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bu addımı artıq müsbət qiymətləndirib.
Hüseyn İbadlı
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
















.jpg)

.jpg)
















