Dünya
Myanmada ölənlərin sayı 1 700-ü keçdi - Yeniləndi
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb.
Publika.az xəbər verir ki, bu barədə Myanma Dövlət İnzibati Şurası məlumat yayıb.
Məlumata görə, 3 400 nəfər xəsarət alıb, 300-ə yaxın insan itkin düşüb.
***
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1600 nəfəri keçib.
Publika.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
“Dövlət İnzibati Şurasının informasiya qrupunun məlumatına görə, 1644 nəfər ölüb, 3408 nəfər yaralanıb”, - məlumatda deyilir.
Daha 139 nəfərin hələ də itkin düşdüyü qeyd edilir.
Xatırladq ki, martın 28-də Myanmada hər birinin maqnitudası 7,7 olan bir neçə güclü zəlzələ baş verib. Zəlzələlər Tailand, Çin və Vyetnamda hiss olunub.
Myanmada binalara ziyan dəyib və çoxlu sayda insan xəstəxanaya yerləşdirilib. Yeraltı təkanlar İravadi çayı üzərindəki körpünün uçmasına və tarixi Mandalay Sarayının qismən dağılmasına səbəb olub. Hakimiyyət ölkədə fövqəladə vəziyyət elan edib.
Hüseyn İbadlı
-
Hadisə12:10Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - Təfərrüat
-
ABŞ11:15Tramp İrana görə mətbuatı ittiham etdi: Tehranı tərk etsələr də...
-
MDB09:45Ukraynanın yeni dronları rusları qorxuya saldı: Səssiz-səmirsiz peyda olurlar
-
Sosial09:10Azərbaycanda bayram namazı qılındı
-
Kriminal07:47Qaranlıq “eşq üçbucağı” - Ər qətlə yetirildi
-
Magazin106:16Azərbaycanlı futbolçunun toyu oldu - VİDEO
-
Magazin103:13"Pulumu ən çox onlara xərcləyirəm"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz


































