XİN: “İran yazarların həbsi xəbərini rəsmən təsdiqləmir”
Bizi izləyin

Dünya

XİN: “İran yazarların həbsi xəbərini rəsmən təsdiqləmir”

İranda həbs olunmuş yazarlar – Bakı Slavyan Universitetinin əməkdaşı Fərid Hüseyn və universitetin yaradıcılıq fakültəsinin tələbəsi Şəhriyar del Geraninin yaxın günlərdə azadlığa buraxılacağı xəbəri doğrulmur.

Şəhriyarın atası Mayıl Hacızadə Publika.Az-a deyib ki, ona müəyyən vədlər verilsə də gözləməkdən başqa əlacı yoxdur: “Xarici İşlər Nazirliyinə yazılı ərizə ilə müraciət etmişəm. Deyiblər, gözlə, mən də gözləyirəm”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib ki, İrana rəsmi məktub göndərilib: “İki yazarın tutulması xəbərini İran tərəfi təsdiqləmir. Görüşlər, təmaslar davam edir. Hələlik bir nəticə yoxdur”.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu bildirib ki, onlar da hər hansı məlumat əldə edə bilməyiblər: “Yazarların yeri bizə də bəlli deyil – tutulublar, oğurlanıblar, bilinmir. Yazarları İrana dəvət eləmiş yazıçı Bəhram Suri ilə də əlaqə saxladıq. O da xəbərsiz olduğunu dedi. Həyatına təhlükə olduğu üçün ikinci dəfə bizimlə danışmaqdan imtina elədi”.

Gülnar

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm