Dünya
"Eurovision 2012": finala keçən 10 ölkənin nömrələri məlumdur
Publika.Az-ın məlumatına görə, I yarımfinalda finala vəsiqə qazanan 10 ölkənin mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, hər 10 finalçıya iki sual ünvanlanıb. Mətbuat Mərkəzində jurnalistlərin sayı çoxluq təşkil edib. Rumıniyanın «Mandinqa» qrupu finala keçmələrindən məmnun və həyəcanlı olduqlarını bildiriblər.
Moldova təmsilçisi Paşa finala vəsiqə qazanaraq sözünə əməl
etdiyini bildirib: «Bizim mahnımız maksimal dərəcədə birinci yerə
layiqdir. Final şousunda da əlindən gələni edəcəyini və uğur
qazanacağına söz verirəm».
İslandiyanı təmsil edən Gréta Salóme & Jónsi dueti növbəti
illərdə də bu yarışmaya qayıdıb-qayıtmayacaqlarını
planlaşdırmadıqlarını bildiriblər. Duet üzvləri 2004-cü ildə
Türkiyədə keçirilən Eurovision yarışmasında birbaşa finalda iştirak
etdiyini və yarımfinaldan finala keçməyin başqa hisslər yaşatdığını
deyiblər: «Bizim mahnımız məhəbbətə, bağlılığa həsr olunmuş bir
mahnıdır. Bəlkə də mahnının motivləri bir az qəmgindir, amma bu əsl
sevgi və ümidə həsr olunub». Macarıstanı təmsil edən «Compact
Disko» qrupunun üzvləri ölkələrini yarımfinaldan finala
keçirmələrindən dolayı çox xoşbəxt olduqlarını, finalda da layiqli
təmsil edəcəklərini qeyd ediblər.
Danimarka təmsilçisi Soluna Samay mayın 26-nı həsrətlə gözlədiyini
vurğulayıb.
Albaniya təmsilçisi Rona Nişliu ifasını dünən ölkəsindəki qəzada
vəfat edənlərə həsr etdiyini bildirib: «Mən həqiqətən də bu
hadisədən çox kədərlənirəm. Çox sevinirəm ki, Avropa xalqı
məhəbbətə həsr olunmuş mahnımı, bütün ürəyimlə oxuduğum mahnımı
bəyənib mənə səs verdilər».
Kipr adından Bakı səhnəsində çıxış edən gənc ifaçı İvi Adamiu da
Odlar Yurdunda keçirilən müsabiqədə ölkəsini təmsil etməkdən qürur
duyduğunu deyib.
«Finala vəsiqə qazanmağıma inanmıram» bu sözləri ilə Yunanıstan
təmsilçisi Eleftheria Eleftheriou deyib. O bildirib ki, səhnədə
çıxış edərkən finala keçmək haqqında düşünmədiyini, sadəcə həmin
andan həzz aldığını bildirib.
Rusiyanı təmsil edən «Buranovskiye babuşki» qrupunun üzvü onlara
səs verən hər kəsə minnətdarlığını bildirib: «Biz çıxış edərkən
alqış səslərindən mahnımızı belə eşitmirdik. Biz hər yerdə o qədər
yüksək səviyyədə qarşılanırıq ki, hətta jurnalistlər bizimlə
görüşmək uğrunda mübarizə aparırlar». Rusiya təmsilçisi müsabiqənin
favoritləri arasında olan İsveç təmsilçisi Loreen haqqında
məlumatsız olduqlarını bildiriblər.
İrlandiyanı təmsil edən «Jedward» qrupu Azərbaycan haqqında öz
müsbət fikirlərini səsləndiriblər. Daima saçlarını hündür edən iki
qardaş, finalda da bu saç düzümü ilə çıxış edəcəklərinə söz
veriblər.
«Mandinqa» qrupu mayın 26-da keçiriləcək final mərhələsində 14,
Moldova təmsilçisi Paşa 26, İslandiyanı təmsil edən Gréta Salóme
& Jónsi dueti 7, Macarıstanı təmsil edən «Compact Disko» qrupu
2, Danimarka təmsilçisi Soluna Samay 15, Albaniya təmsilçisi Rona
Nişliu 3, Kipr təmsilçisi İvi Adamiu 8, Yunanıstan təmsilçisi
Eleftheria Eleftheriou 16, Rusiyanı təmsil edən «Buranovskiye
babuşki» qrupu 6, İrlandiya təmsilçiləri «Jedward» qrupu 23 nömrə
altında finalda çıxış edəcək.
Publika.Az
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA



















.jpg)
















