Dünya
Rusiyadan ən çox Özbəkistana, ən az Türkmənistana pul axır
2011-ci ildə Rusiyadan Azərbaycana şəxsi pul köçürmələri 955 milyon dollar təşkil edib.
Publika. Az-ın məlumatına görə, Rusiyanın Mərkəzi Bankı bildirib ki, 2010-cu ildə bu göstərici 867 milyon dollar olub.
2011-ci ilin I rübündə Rusiyadan Azərbaycana şəxsi köçürmələr 168 milyon, II rübdə 237 milyon, III rübdə 293 milyon, IV rübdə 257 milyon dollar təşkil edib. Ümumilikdə, 2011-ci ildə Rusiyadan MDB ölkələrinə pul köçürmələri 16. 744 milyard dollar olub.
MDB ölkələri arasında Rusiyadan ən çox Özbəkistana 4 milyard 909 milyon, ən az isə Türkmənistana 22 milyon dollar köçürülüb. Hesabat dövründə Rusiyadan Ukraynaya 3 milyard 108 milyon, Tacikistana 2 milyard 752 milyon, Moldovaya 1 milyard 647 milyon, Qırğızıstana 1 milyard 407 milyon, Ermənistana 1 milyard 195 milyon, Belarusa 458 milyon, Qazaxıstana 290 milyon dollar köçürülüb.
Bəkir
Publika.Az
-
Digər12:20Hindistanda An-32 hərbi təyyarəsi qəzaya uğradı - SSRİ istehsalı imiş
-
MDB11:23Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
Maraq dünyası10:187 il xərçəngdən müalicə alan kişi sən demə xəstə deyilmiş - VİDEO
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə
-
Elm və təhsil08:15"Son zəng" çalınır
-
Nəqliyyat06:46Bakının parkinq böhranı necə həll oluna bilər? - Video




































