İdman
Qalmaqallı döyüş ləğv edildi
Əfsanəvi sabiq dünya çempionu Floyd Meyvezerin kikboksçu Mayk Zambidislə keçirilməsi planlaşdırılan nümayiş döyüşü ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə “The Ring” nəşri məlumat yayıb.
Qarşılaşma iyunun 27-də Yunanıstanın paytaxtı Afinada yerləşən Telekom Center Athens arenasında keçirilməli idi.
Son bir həftə ərzində döyüşün baş tutacağı sual altında idi. Buna səbəb Meyvezerin Mayk Tayson və Menni Pakyao ilə döyüşləri üçün müqavilə bağladığı “CSI Sports Events” şirkətinin boksçunun müqavilə şərtlərini pozduğunu iddia edərək məhkəməyə müraciət etməsi və döyüşün keçirilməsinin qadağan olunması ilə bağlı təcili vəsatət qaldırması olub.
Şirkətin vəkili Melissa Qlass məsələ ilə bağlı bunları deyib:
“İddiaçıların vəsatəti hələ də məhkəmədə baxılma mərhələsindədir və bununla bağlı qərar verilməyib. Buna görə də Meyvezerlə Zambidis arasında şənbə axşamı Afinada keçirilməsi planlaşdırılan döyüş baş tutmayacaq.
Bu iddianın qaldırılması, vəsatət və həm ABŞ-da, həm də Yunanıstanda aparılan hüquqi proseslər, eləcə də edilən hüquqi təhdidlər tədbirin təşkili və yayımı ilə bağlı bütün planları faktiki olaraq dayandırıb. Həmçinin bilet satışı da dayandırılıb”.
Məlumata görə, məhkəmənin qadağa ilə bağlı verəcəyi qərardan asılı olaraq Meyvezerlə Zambidis arasındakı nümayiş döyüşü gələcək tarixə təxirə salına bilər.
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı
-
İdman11:18Ronaldonun toyuna dəvət etdiyi məşhurlar: Rihanna, Həbib, Mbappe, Lopes...
-
Region10:23Ermənistanda Putinlə Paşinyanın telefon söhbətindən narahatdırlar: Moskva ona inanmır
-
Pul09:59Sosial büdcədə rekord: Maaş və pensiyalar artır?
-
İdman09:34Ulduz futbolçu qalmaqallı FOTOLARI haqda - Evli kişiyəm
-
Magazin109:13Bloger Səidə Bəkirqızını yenidən məhkəməyə verdi



















.jpg)
















