Dünya
Vaşinqtonda irqi ayrıseçkiliyə qarşı aksiya keçirildi
ABŞ paytaxtı Vaşinqtonda minlərlə insan şənbə günü silahlısz qaradərili vətəndaşların polis tərəfindən öldürülməsinə etiraz olaraq yürüş keçirib.
Publika.az xəbər verir ki, yürüş iştirakçıları hüquq-mühafizə orqanlarında islahatlar aparılmasını tələb edirlər.
Polis tərəfindən öldürülmüş Maykl Braun, Erik Qarner, Tamir Rays və Treyvon Martinin ailə üzvləri və qohumları “Hamı üçün Ədalət” şüarı altında keçirilən yürüşdə iştirak edib. Nümayişçilər onların irqi ədalətsizliyin qurbanı olduğunu deyir.
ABŞ Konqresinin binası yaxınlığında keçirilən yürüş Birləşmiş Ştatların bir çox yerlərində Ferquson Aksiyası qrupu tərəfindən planlaşdırılmış tədbirlərdən biridir.
Keçən ay geniş tərkibli münsiflər məhkəməsinin Mussiri ştatının Ferquson şəhərində avqust ayında 18 yaşlı Maykl Braunu güllə ilə vurub öldürmüş polis zabitinə qarşı ittiham irəli sürməmək haqda qərar çıxarmasından sonra Birləşmiş Ştatların müxtəlif yerlərində etiraz nümayişləri keçirilmişdi.
Nümayişlər Nyu-York şəhər münsiflər məhkəməsinin iyul ayında Erik Qarneri öldürmüş polis zabitlərinə qarşı ittiham irəli sürülməməsi haqda qərarından sonra yenidən vüsət almışdı
Paytaxt Vaşinqtonda keçirilən yürüş vətəndaş hüquqları müdafiəçisi El Şarpton tərəfindən təşkil edilib.
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi