Dünya
Turqut Özal Asiya turnesinə niyə çıxmışdı? – Gülən sirr pərdəsini qaldırdı
ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini lider Fətullah Gülən dünən Türkiyədə həyata keçirilən “Paralel yapı” əməliyyatı ilə bağlı ilk açıqlamasını verib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Gülən hökuməti sərt tənqid edib.
“Hər kəs özünü bir firon hesab etməyə başlayıb və onların aqibətinin nə olduğu da bəllidir”, - Gülən deyib.
Gülən açıqlamasında keçmiş prezidentlər Turqut Özal və Süleyman Dəmirəllə bağlı da sirr hesab etdiyi bəzi məlumatları açıqlayıb: “Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl 20 dövlət başçısına məktub yazaraq bizimlə bağlı müsbət xarakteristika verib. Mərhum Turqut Özal vəfatından əvvəl Asiyanı gəzdi. Hətta yoldaşlarım getmədiyi üçün mənə xəbər göndərdi: Mən sizin üçün gedirəm. Bu yoldaşlar niyə getmirlər? O, Asiya ölkələrini gəzdi və bizə zamin oldu”.
Xatırladaq ki, dünən səhər saatlarında İstanbul Baş Prokurorluğunun keçirdiyi “Paralel yapı” əməliyyatı çərçivəsində 31 nəfərin saxlanılması barədə qərar verilib. Onlardan 27 nəfəri saxlanılıb. Bu gün isə saxlanılanlardan 3-ü sərbəst buraxılıb.
Türkiyə Baş Prokurorluğundan verilən açıqlamada deyilir ki, sözügedən şəxslər silahlı terror təşkilatı qurmaq, idarə etmək, üzv olmaq və böhtan cinayətlərində şübhəli bilindiklərindən, onların saxlanılması barədə təlimat verilib.
Ömər Dağlı
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi