Dünya
Hindistanda helikopter qəzası: ölən və yaralananlar var
Hindistanın Uttaraxand ştatında içərisində 7 nəfər olan helikopter qəzaya uğrayıb.
Publika.az Hindistan mediasına istinadla xəbər verir ki, hadisə Rudraprayaq rayonu ərazisində baş verib. Ştatın baş naziri Puşkar Sinqh “X” sosial şəbəkəsindəki hesabında hadisə yerinə xilasedicilərin cəlb olunduğunu yazıb.
Uttaraxand ştatının mülki aviasiya idarəsi qəzanın yerli vaxtla səhər saat 5:20-də baş verdiyini açıqlayıb. Qəza vaxtı helikopterdə pilot və biri uşaq olmaqla 6 sərnişin var imiş. Onlar ziyarətgaha gedən zəvvarlar olub. Qəza barədə məlumatı ilk olaraq ərazidə odun yığan sakinlər verib. Son məlumata görə 5 nəfər ölüb.
Qeyd edək ki, bu, cari həftə ərzində Hindistanda 2-ci aviasiya qəzasıdır. İyunun 12-də Əhmədabad şəhərindən Londona uçmaq üçün səmaya qalxan “Air İndia” şirkətinə məxsus “Boeing 787 Dreamliner” tipli sərnişin təyyarəsi yaşayış məntəqəsinə düşüb. Nəticədə təyyarədə 242 nəfərdən 241-i, habelə təyyarənin düşdüyü tibb kollecinin yataqxanasının bir neçə sakini ölüb.
-
Region23:00İranda İsrail agenti saxlanılıb
-
İdman21:48Türkiyə Superkubokunun qalibi müəyyənləşdi
-
Magazin221:12Sezen Aksudan sevənlərinə ÜZÜCÜ XƏBƏR
-
Nəqliyyat20:36Metroda yeni gediş haqqı - NECƏ ÖDƏNƏCƏK?
-
MDB20:24Moskva-İrəvan reysində yanğın - VİDEO
-
Magazin119:36Qumraldan İDDİALI AÇIQLAMA: "Ona qalsa, mən də sənətkaram"
-
Region17:11Etirazçılar daha bir məscidi yandırdılar
-
Magazin216:1067 yaşlı Madonna alt paltarında poza verdi - FOTO



















.jpg)













