İdman
“Çelsi”nin sabiq futbolçusundan ŞOK AÇIQLAMA - Ömrünün sonuna bir neçə gün qalıb
“Çelsi”nin yetirməsi və Belçikanın gənclər millisinin sabiq futbolçusu Lamişa Musonda yaxın günlərdə həyatını itirə biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, belçikalı futbolçu bu barədə sosial şəbəkə hesablarında yazıb.
“Həyat eniş və yoxuşlardan ibarətdir və yaşadığınız ağrını heç kim tam anlamır. Son iki il mənim üçün xüsusilə ağır və tükəndirici olub. Böyük kədərlə bildirirəm ki, səhhətimi bərpa etmək uğrunda mübarizə aparıram, sosial şəbəkələrdə uzun müddət görünməməyimin səbəbi də budur. Reallıqla üzləşməli oldum. Sağlamlıq vəziyyətim kritikdir və hazırda həyatım uğrunda mübarizə aparıram. Bu dövrdə sizin dəstəyiniz və dualarınız mənim üçün çox dəyərlidir. Ailəm və mən mübarizə aparırıq və son nəfəsimə qədər təslim olmayacağam.
Bir neçə gün ömrüm qaldığını anlayaraq, yanımda olan insanların nə qədər möhtəşəm olduğunu dərk edirəm. Həyat çətindir, amma ətrafdakılar çox gözəldir. Xatirələrin qədrini bilin.
Hamınızı sevirəm”, – deyə Musonda yazıb.
Qeyd edək ki, sabiq yarımmüdafiəçi 2012–2014-cü illərdə “Çelsi” də alıb, peşəkar səviyyədə debütünü isə “Mexelen”in heyətində edib.
Musonda karyerası ərzində “Lyaqostera” və “Palamos” klublarında da çıxış edib. O, Belçikanın U-21 yığmasında 9 oyuna çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.
-
İdman03:19Axtarışda olan MMA döyüşçüsü Azərbaycanda ələ keçdi
-
Qoroskop01:40Günün ulduz falı: Öz ideyalarınızı paylaşmaqdan qorxmayın!
-
Magazin223 Yanvar 23:55Narkotik testi pozitiv çıxdığı üçün "Kızılcık Şerbeti"ndən uzaqlaşdırıldı - Kanal rəhbərliyini amansızlıqda ittiham etdi
-
Ekologiya23 Yanvar 23:15Əhaliyə fevral ayı ilə bağlı XƏBƏRDARLIQ - Bu ərazilərdə yaşayanların diqqətinə!
-
ABŞ23 Yanvar 22:52ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi
-
Ekologiya23 Yanvar 21:41Bu gecə səmada qeyri-adi hadisə müşahidə olunacaq
-
Magazin223 Yanvar 21:27"Apokalipsis" filminin aktyoru yenə həbs edildi - Bu dəfə...
-
Sosial23 Yanvar 21:13Cavanşir Yusifov şadlıq sarayı aldı
















.jpg)



















