Dünya
Pakistanda Trampla bağlı hökumətə müraciət: Yalanı sübut edildi, namizədliyini...
Pakistanın bir sıra tanınmış siyasətçiləri və ictimai xadimləri ölkə hökumətini ABŞ prezidenti Donald Trampın 2026-cı il üçün Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı tövsiyəsini geri götürməyə çağırıb.
Publika.az xəbər verir ki, “Press Trust of India”nın məlumatına görə, pakistanlı siyasətçilər hesab edirlər ki, İslamabadın Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı tövsiyəsi onun İranı bombalamaq əmrindən sonra ən azı yersizdir. Agentlik "Camiat Ulema-e-Islam" partiyasının lideri Maulana Fəzlur Rəhmandan sitat gətirib:
"ABŞ prezidentinin öz sülh səyləri ilə bağlı iddialarının yalan olduğu sübuta yetirilib. Pakistanın Trampın Nobel Sülh Mükafatına namizədliyi geri götürülməlidir. Tramp İsrailin Fələstinə, Suriyaya, Livana və İrana hücumlarını dəstəkləyib. Bunu onun sülh arzusu kimi necə qiymətləndirmək olar?"
Keçmiş senator Məşahid Hüseyn İrana zərbə endirmək qərarını ABŞ prezidentinin vəzifəyə gəldikdən sonra "ən böyük səhvi" adlandırıb. Siyasətçi “X” sosial şəbəkədə yazıb: "Tramp İrana qarşı müharibəyə başlayandan sonra sülhməramlı sayıla bilməz. Pakistan hökuməti Trampın Nobel Sülh Mükafatına namizədliyini geri götürməlidir".
Pakistan hökumətinə analoji müraciəti müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasından olan parlament üzvü Əli Məhəmməd Xan, “Camaat-e-İslami” partiyasının rəhbəri Naimur Rəhman, Pakistanın ABŞ-dakı keçmiş səfiri Maliha Lodhi, bir sıra tanınmış jurnalistlər və tanınmış ictimai xadimlər edib.
Tural
-
Sosial19:25Kirayə verən də, qalan da cərimələnə bilər - Yoxlamalar başladı
-
Sosial19:05Bakıda bazarda antisanitar şəraitdə ət satılırmış - VİDEO
-
Hadisə18:35Azərbaycanda milyonçu iş adamı HƏBSDƏ ÖLDÜ
-
Rəsmi xronika17:28İlham Əliyev iki sərəncam imzaladı
-
Sosial15:47Buna görə Azərbaycan dünyada ilk iyirmi beşlikdə qərarlaşıb
-
Dünya13:42Afrika toqquşma meydanına çevriləcək – Rusiyadan QORXULU PROQNOZ
-
Dünya12:38Şahın oğlu Trampı gözləyir: İranda şok çevriliş planı
-
Magazin111:44Nurullayevlərin dəbdəbəli toyu - Aygün Kazımovaya 100 min, Nanəyə isə... - FOTO














.jpg)
.webp)


















.jpg)

