Sosial
Dubaydakı dəbdəbəli toyun sahibi bu deputatın qardaşı imiş - VİDEO
Azərbaycanlı iş adamı Dubay şəhərində oğluna təmtəraqlı toy mərasimi keçirib.
Publika.az xəbər verir ki, mərasimdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, toy yüksək səviyyədə və olduqca dəbdəbəli şəkildə təşkil olunub.
Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toya aparıcılığı isə məşhur televiziya aparıcısı Nanə Ağamalıyeva edib.
“Yeni Sabah” saytı isə öyrənib ki, Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib.
Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.
Qeyd edək ki, məsələyə münasibət öyrənmək üçün “Qafqazinfo” deputat Razi Nurullayev ilə əlaqə saxlayıb.
O, sözügedən görüntülərlə bağlı “Allah mübarək eləsin!” deməklə kifayətlənib. Deputat özünün mərasimdə iştirak edib-etməməsi barədə sualı isə cavabsız qoyub.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ















.jpg)



















