Dünya
Kadırovun 17 yaşlı oğlunun toyunda kimlər iştirak edib?
Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adəmin toyunda İran, BƏƏ, Türkiyə, Qazaxıstan səfirləri ilə yanaşı, qubernatorlar və hökumət üzvləri də daxil olmaqla digər yüksək rütbəli qonaqlar iştirak ediblər.
Publika.az xəbər verir ki, bu barədə o, öz "Telegram" kanalında bildirib.
"Rusiya baş nazirinin müavinləri - Denis Manturov və Aleksandr Novak, Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Yuri Çayka, LDPR sədri Leonid Slutski, Moskva vilayətinin qubernatoru Andrey Vokoç ilə görüşmək səmimiyyətlə xoş oldu".
Kadırovun sözlərinə görə, toyda iştirak etmək istəyənlərin sayı daha çox olub, lakin onlar üzrlü səbəblərdən mərasimdə iştirak edə bilməyiblər.
İyunun 28-də Kadırov bildirib ki, Rusiya prezidenti Vladimir Putin oğlunu “ailə həyatına qədəm qoyması münasibətilə” şəxsən təbrik edib. Çeçenistan rəhbəri dövlət başçısına təşəkkür edib və deyib ki, Putinin təbriki “gözəl diqqət əlaməti”dir. Kreml bununla bağlı rəsmi açıqlama verməyib.
Ləman
-
Magazin119:36Nigar ona təhqirlər yazan şəxsin fotosunu paylaşdı
-
Hadisə17:20Şəmkirdə 16 yaşlı qız ana oldu
-
MDB17:13Rusiyada bankı partlatdılar
-
Nida Xəbər 16:555 ölkədə 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib
-
ABŞ16:34Tramp: "Bu gün İran çox güclü zərbə alacaq!"
-
Nida Xəbər 16:27Azərbaycana təxliyə olunan səfir: "Partlayış səslərinə oyanır, qalxan tüstünü görürdük"
-
Nida Xəbər 15:09Beş əcnəbi diplomat İrandan Azərbaycana təxliyə edildi
-
MDB14:35Xarkovda dəhşət - Yaşayış binası vuruldu, ölənlər var(Foto)





































