Nida Xəbər
Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda müşahidə olunan hərbi eskalasiya ətrafında fikir mübadiləsi aparılıb.
İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş və mülki infrastrukturun zədələnməsi və mülki vətəndaşların xəsarət alması ilə nəticələnmiş dron hücumları ilə bağlı Azərbaycanla həmrəylik ifadə olunub.
Hücumlardan dərhal sonra Özbəkistan Respublikasının Prezidenti başda olmaqla, Özbəkistan tərəfinin Azərbaycana dəstək ifadə edən açıqlamalarına görə təşəkkür ifadə olunub.
Görüş zamanı Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi





















.jpg)


















