Dünya
Tramp Putin qarşısında zəifliyini etiraf etdi: Peşəkardır, bunun öhdəsindən gəldi
ABŞ prezidenti Donald Tramp Rusiya rəhbərliyinin sanksiyaların öhdəsindən gəldiyini etiraf edib və bu kontekstdə Rusiya lideri Vladimir Putini peşəkar adlandırıb.
Publika.az xəbər verir ki, Tramp bu barədə prezident təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.
“O (Putin) sanksiyaların öhdəsindən gələ bildi”, – Tramp bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasından olan həmkarı ilə bu yaxınlarda söhbətində anti-Rusiya məhdudiyyətləri mövzusu qaldırılıb.
"Biz sanksiyalardan çox danışdıq, bəli. Deməzdim ki, Putin bundan həyəcanlanır. O başa düşür ki, sanksiyalar yenə gələ bilər, o peşəkardır", - deyən Tramp, Vaşinqtonun yeni məhdudlaşdırıcı addımlar ata biləcəyini əlavə edib.
“Düşünürəm ki, mən Rusiyaya qarşı İrana qarşı olduğumdan daha sərtəm, demək olar ki, hər hansı digər ölkəyə münasibətdə olduğumdan daha sərtəm”, - ABŞ prezidenti deyib.
Tural
-
Hadisə18:35Azərbaycanda milyonçu iş adamı HƏBSDƏ ÖLDÜ
-
Rəsmi xronika17:28İlham Əliyev iki sərəncam imzaladı
-
Sosial15:47Buna görə Azərbaycan dünyada ilk iyirmi beşlikdə qərarlaşıb
-
Dünya13:42Afrika toqquşma meydanına çevriləcək – Rusiyadan QORXULU PROQNOZ
-
Dünya12:38Şahın oğlu Trampı gözləyir: İranda şok çevriliş planı
-
Magazin111:44Nurullayevlərin dəbdəbəli toyu - Aygün Kazımovaya 100 min, Nanəyə isə... - FOTO
-
Ekologiya11:20Bu ölkə od tutub yanır: Görün neçə dərəcə isti qeydə alındı
-
Nida Xəbər 10:56Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər? - FOTO












.jpg)




















.jpg)

