Ən bahalı villa kimindi?
Bizi izləyin

Dünya

Ən bahalı villa kimindi?

Boğaza gəlib ordakı yalıları (dənizə baxan tarixi evləri, villaları) görməmək isə günah sayılır. Dünyanın ən gözəl məkanlarından olan bu yerlərdəki yalıların bəzisi Sultan Əbdülhəmid dövründən qalmış, bəzisi məşhur şəxsiyyətlərə ev sahibliyi etmiş, bəzisi serialların ,filmlərin əvəzsiz məkanı olub.

Tarixə müqavimət göstərən bu yalıların qiyməti baha olsa da, onlara baxarkən alınan zövqün qiyməti yoxdur.

Əbud əfəndi yalısı

Dəyəri: 30 milyon dollar

Bu yalını Sultan Əbdülməcid dövrünün ticarət və dövlət adamlarından olan İsmayıl Fasa, Dolmabağça sarayından ilhamlanaraq özü üçün inşa etdirib. Yalını ötən əsrin əvvəlində Əbud Əfəndi satın alıb.
Əbud Əfəndinin qızı Belkısın dillərdə dastan olan toyunun da keçirildiyi yalı, Belkıs Əbudun ölümündən sonra İsmayıl Özdoyuran tərəfindən 1980-ci ildə satın alınıb. Əbud Əfəndi sahilindəki əsas binanın yanında servis məkanları, iki qayıqxana və bir dəniz hamamı var. Bir vaxtlar "Gümüş" serialının çəkilişlərinin aparıldığı yalı hazırda Ərəb turistlərin buraya axınını gücləndirib.

Əhməd Əfif Paşa villası
Dəyəri: 50 milyon dollar

Yeniköy sahilində yerləşən Əhməd Əfif Paşa yalısının ilk sahibi Koca Rəşid Paşanın qızı Fərəndiz xanımı olub. Hər mərtəbəsi fərqli stildə olan villa indiki halına ikinci sahibi Əhməd Əfif Paşanın vaxtında salınıb.
Bir zamanlar Yeşilçam filmlərinə set olaraq kirayə götürülmüş villada 80-ci illərin ortasından etibarən 17 il boyunca Uzan ailəsi yaşayıb. 2006-cı ildə sığorta fondunun idarəçiliyinə keçən villanın bugünkü ev sahibi isə "Min bir gecə" serialıdır. "Aşkı-Memnu" serialının bəzi səhnələrinin də çəkildiyi villada Aqata Kristinin qonaq olduğu deyilir.

Əhməd Fəthi Paşa villası
Dəyəri: 120 milyon dollar

Mihrimah Sultanın nəvəsinin əri olan dövrün şeyxülislamının villası kimi tanınır. Villa daha sonra Sultan Əbdülməcidin bacısıyla evləndiyi üçün kürəkən kimi xatırlanan Fəthi Paşaya qalıb.
Villaya bugünkü görkəmi Fəthi Paşa verib. Sonra Fəthi Paşanın nəvələrinə ötürülmüş, lakin Şövkət Mocan onu ələ keçirdikdən sonra Mocan yalısı kimi tanınnmağa başlanıb. Xarici görünüşü son təmir əsnasında xeyli dəyişsə də tarixin və sənətin yadigarı olaraq qalmaqdadır.

Faiq və Bəkir bəy yalısı (əkiz yalı)
Dəyəri: 50 milyon dollar

1906-cı ildə Sultan Saranın əkiz qızları üçün tikilib. Bu səbəblə müəyyən bir dövr ərzində Əkiz yalı olaraq anılıb. Cənub yarısı Faiq Kurtoğlu, şimal yarısı Bəkir Sıtkı Oyala satılandan sonra isə adı Faiq – Bəkir bəy yalısı adlanıb. 1967-ci ildə İsmet Okura satılan yalının son sahibləri isə mühəndis Adnan Ünlütürk və Lütfiyyə Kurtoğludur.


Sait Həlim Paşa yalısı
Dəyəri: 150 milyon dollar

Bu yalını Türk musiqisinin akademiyası kimi də xarakterizə etmək olar. Çünki bir vaxtlar İstanbulun musiqi ustadları burada toplaşırmış. Yalı 1995-ci ildə baş vermiş yanğından sonra “Rəsmi Qonaq Evi” adı altında bərpa edilib. Yenidənqurma işləri 2002-ci ildə tamamlanıb. Bu gün toy və xüsusi yığıncaqlar üçün istifadə edilir.

Misirli Fuad bəy yalısı

Dəyəri: 50 milyon dollar

Bir vaxtlar Baltacıoğlu yalısı deyilən tikili 18-ci əsrin sonlarına yaxın inşa edilib. Fuad bəy tikilini misirli İhsan bəydən satın alsa da sonralar Boronkay ailəsinə, daha sonra isə Mustafa Özkana satılıb. Bir müddət restoran kimi istifadə edilən yalı Boğazı bəzəməkdə davam edir.

Şahzadə Burhanəddin Əfəndi yalısı
Dəyəri: 80 milyon dollar

Sultan II Əbdülhəmidin oğlu tərəfindən 1911-ci ildə alınan 64 otaqlı yalı Boğazdakı ən böyük "sahil evlərindən" biridir. Tikilini Burhanəddin bəy alıb bərpa etdirdikdən sonra türk əsilli misirli Əhməd İhsan bəy ondan satın aldığı üçün xalq arasında ona Misirlilər yalısı da deyilir .1984-də onu Ərbilgin ailəsi satın almış və Murat Yenigün tərəfindən 15 il davam edən yenidənqurma işlərindən sonra istifadəyə yararlı hala gətirilmişdir. Ankarada yaşayan ailə İstanbula gəldiyi zaman burada qalır.


Müşir Fuad Paşa yalısı

Dəyəri: 100 milyon dollar

Müşir Fuad Paşa yalısının ilk sahibi Billur Mehmet Əfəndi, son sahibi isə yaxşı əsgər və dövlət adamı olmuş və düşündüklərini çəkinmədən dediyinə görə "Dəli" ləqəbi qazanmış Müşir Fuat Paşa olub.
Həkimbaşı Saleh əfəndi yalısı

Dəyəri: 85 milyon dollar

Saleh Əfəndinin zövqünə uyğun köhnə pərdələr və digər əşyaları ilə dövrümüzə qədər gəlib çatıb. Gülləri çox sevən Saleh Əfəndinin bağçası baharda al-əlvan rənglərə bürünərmiş. Lakin Saleh Əfəndidən sonra bağça heç vaxt əvvəlki qədər gözəl olmayıb. Yalıda hələ də 1905-də ölən Saleh Əfəndinin qohumları yaşayır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm