Dünya
Lotereyada heç bir rəqəm düz çıxmadı, amma 33 milyon qazandı
Moskvada bir şəxs lotereya biletində heç bir rəqəmi düzgün seçmədən 33 milyon (təxminən 712 min manat) rubl udub.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, hadisə martın 16-da keçirilən “Hər şey və ya heç nə” lotereyasında qeydə alınıb.
Oyunun qaydalarına əsasən, iştirakçılar ya 24 rəqəmdən 12-ni düzgün tapmaqla, ya da ümumiyyətlə heç birini tutdurmamaqla qalib gələ bilirlər. Həmin tirajın supermükafatı 33,298 milyon rubl təşkil edib.
Uğur Moskva sakini Roman T.-yə nəsib olub. O, seçimlərini adətən ya təsadüfi qaydada etdiyini, ya da əvvəlki tirajlarda tez-tez çıxan rəqəmlərə üstünlük verdiyini bildirib.
Qalib mükafatını yaşayış şəraitinin yaxşılaşdırılmasına, avtomobil almağa və uşaqlarının gələcək təhsilinə sərf etməyi planlaşdırır.
Müəllif: Roza
-
Rəsmi xronika16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
-
ABŞ16:08Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir
-
Sosial16:04Azərbaycan və Rusiya AZAL təyyarə qəzası ilə bağlı razılığa gəldi
-
Sosial15:37Pensiyalarla bağlı yeni TƏKLİF
-
Sosial15:12Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan edilir
-
ABŞ14:05Kosmosda nüvə müharibəsi - ABŞ və Britaniya təcili hərəkətə keçdi
-
Sosial13:19İki idarə rəisini vəzifədən azad etdi
-
Maraq dünyası11:55Bu 3 bürc daha tez varlanır



































