Orbanı qaraçılar devirdi: Miqrantlar Macarıstanı ələ keçirir
Bizi izləyin

Dünya

Orbanı qaraçılar devirdi: Miqrantlar Macarıstanı ələ keçirir

Orbanı qaraçılar devirdi: Miqrantlar Macarıstanı ələ keçirir

Macarıstanda parlament seçkilərinin gözlənilməz nəticələri dünya gündəmindədir.

Publika.az xəbər verir ki, “Tisa” partiyasının lideri Peter Maqyarın qələbəsini şərh edən politoloq Vadim Siprov bu barədə “Tsarqrad” nəşrinə danışıb.

Ekspertin sözlərinə görə, Viktor Orbanın məğlubiyyətində əsas rolu seçki məntəqələrinə mütəşəkkil şəkildə gətirilən milli diasporlar, xüsusilə də qaraçılar oynayıb.

Siprov qeyd edib ki, Orbanın seçki öncəsi şansları yüksək olsa da, rəqib tərəf bütün anti-Orban qüvvələri və etnik qrupları mobilizasiya edərək nəticəni öz xeyrinə dəyişə bilib.

“Qaraçı seçicilər Maqyarın səslərinə həlledici faizləri əlavə etdilər. Maqyar bütün narazı qrupları - istər etnik, istər sosial, istərsə də yaş qruplarını ona qarşı birləşdirməyi bacardı”, - deyə politoloq bildirib.

Siprovun proqnozuna görə, bu qələbədən sonra son 100 ildə milli dövlət modelini qoruyan Macarıstanın qapıları miqrantların üzünə taybatay açılacaq. Avropa İttifaqının proqramları çərçivəsində ölkəyə gələn miqrantlara kütləvi şəkildə Macarıstan pasportlarının veriləcəyi gözlənilir. Bu isə ölkənin monomilli strukturunun sonu deməkdir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm