Məşhur aktyor HƏBS OLUNDU - 24 yaşlı qadını qrup şəklində... - FOTO
Bizi izləyin

Dünya

Məşhur aktyor HƏBS OLUNDU - 24 yaşlı qadını qrup şəklində... - FOTO

Hindistanlı aktyor Aşiş Kapur 24 yaşlı qadını qrup şəklində zorlamaqda şübhəli bilinərək həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə "The Times Of India" məlumat yayıb.

İnsident avqust ayında Yeni Dehlidə, qadın Civil Lines bölgəsində ziyafətdə iştirak edərkən baş verib. Zərərçəkənin sözlərinə görə, çirkin əməli onun dostunun evində həyata keçiriliblər.

Hadisə avqust ayında Nyu-Dehlidə, Sivil Laynz bölgəsində keçirilən bir ziyafətdə baş verib. Zərərçəkmişin sözlərinə görə, tədbir onun rəfiqəsinin tanışının evində təşkil olunub.

İstintaq müəyyən edib ki, bir qrup şəxs qadının içkisinə narkotik maddə qatıb və o, huşunu itirib. Hindistanlı qadın zorlanıb və döyülüb, hadisə isə cinayətkarlar tərəfindən videoya çəkilib.

Daha sonra qadın polisə bildirib ki, cinayətkarlar onu evin yaxınlığında qoyub qaçıblar. Zərərçəkmişin sözlərinə görə, ona video görüntüləri yaymaqla hədələyiblər ki, hadisə barədə kiməsə danışmasın.

Polis idarəsinin nümayəndəsi Raca Bantia təsdiqləyib ki, cinayət işi çərçivəsində aktyor Aşiş Kapur həbs olunub. O, 17 oktyabr 1984-cü ildə anadan olub və Hindistan televiziya sahəsində tanınmış simadır. “Toyda görüşək”, “Sevgi yolları” və digər yerli seriallarla məşhurdur. Onun filmografiyasında 10-dan çox layihə yer alır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm