İdman
UEFA İngiltərə klubunu cəzalandırdı - Nasist salamına görə
Avropa Futbol Assosiasiyaları Birliyinin ( UEFA ) İntizam Komitəsi İngiltərənin “Tottenhem” klubunu Çempionlar Liqasının 8-ci turunda Almaniyanın “Ayntraxt Frankfurt” komandasına qarşı oyunda azarkeşlərin ayrı-seçkilik davranışına görə 30.000 avro cərimələyib.
Oyun 28 yanvarda Frankfurt-Mayn şəhərində baş tutub və “Tottenhem”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Publika.az xəbər verir ki, BBC-nin məlumatına görə, oyun zamanı üç “Tottenhem” azarkeşi nasist salamı verib. Cərimə ilə yanaşı, kluba UEFA-nın himayəsi altında komandanın növbəti səfər oyunu üçün azarkeşlərinə bilet satmaq şərti olaraq qadağan edilib. Qadağa qərarın verildiyi tarixdən etibarən bir il müddətinə dayandırılıb.
“Tottenhem”, həmçinin meydana əşyalar atıldıdığına görə 2250 avro cərimə olunub.
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var































.png)


.jpg)



