Region
İranın yeganə PUA daşıyıcısı məhv edildi
İran mediası ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) pilotsuz təyyarələrin daşınması və buraxılması üçün nəzərdə tutulmuş, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə məxsus yeganə aviadaşıyıcı gəmisi "IRIS Shahid Bagheri"nin məhv edilməsi barədə məlumatını təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.
"İki gün əvvəl İran rejiminin Oman körfəzində 11 gəmisi var idi, bu gün isə onların sayı sıfırdır. İran rejimi Amerika aviadaşıyıcısını batırdığını iddia edərək yalan məlumatlar yaymağa davam edir. Həqiqət isə budur: vurulan yeganə aviadaşıyıcı pilotsuz təyyarələr daşıyan İranın 'Shahid Bagheri' gəmisi olub", — deyə CENTCOM-un paylaşımında bildirilir.
Amerikalı hərbçilər iddia edirlər ki, gəmiyə zərbə İsrail və ABŞ-ın İrana qarşı birgə kampaniyası başladıqdan cəmi bir neçə saat sonra endirilib.
“IRIS Shahid Bagheri” ilkin olaraq “Perarin” adlı kommersiya konteyner gəmisi olsa da, 2022-2024-cü illərdə təyyarə tipli pilotsuz uçuş aparatlarının və helikopterlərin daşınması və buraxılması üçün dəniz platformasına çevrilib. Ümumi uzunluğu təxminən 240 metr olan gəminin 180 metrlik uçuş-enmə zolağı var idi. İran rəsmiləri bəyan edirdilər ki, o, kəşfiyyat, müşahidə və döyüş tapşırıqlarını yerinə yetirə, həmçinin sualtı dronlarla əməliyyatlar keçirə bilər. Gəmi 2025-ci ilin martında SEPAH-ın sərəncamına verilib və "Shahid Bagheri" hərbi-sənaye qrupunun şərəfinə adlandırılıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR













.jpg)


.jpg)





















