Dünya
Parisdəki kritik sammit yekunlaşdı: 26 ölkədən Ukrayna ilə bağlı qərar
Dünən Fransanın paytaxtı Parisdə keçirilən "Könüllülər Koalisiyası" görüşündə 26 ölkə Ukraynaya dəstək və təhlükəsizlik zəmanəti verəcəklərini bəyan edib.
Publika.az xəbər verir ki, sammitdə müharibənin atəşkəs və ya sülh razılaşması ilə başa çatacağı təqdirdə Ukraynaya təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi planı müzakirə edilib.
Bu təşəbbüsü “Könüllülər Koalisiyası” adı altında əsasən Avropa ölkələrindən ibarət struktur həyata keçirəcək. Avropa liderləri bu addımın Rusiyanın yenidən Ukraynaya hücumunun qarşısını almaq məqsədi daşıdığını vurğulayıblar.
Sammitin sonunda çıxış edən Fransa prezidenti Emmanuel Makron bildirib ki, Moskva sülh sazişini rədd etməyə davam edərsə, ABŞ-la razılaşdırılaraq əlavə sanksiyalar tətbiq olunacaq. Fransa lideri iddia edib ki, Rusiya dinc əhaliyə qarşı hücumları artıraraq zaman qazanmağa çalışır.

Makron 26 ölkənin Ukraynaya qoşun yeritməyi öhdəsinə götürdüyünü açıqlayıb. O, bu qoşunların ön cəbhəyə göndərilməyəcəyini, sadəcə olaraq mümkün yeni hücumların qarşısını almaq məqsədi daşıdığını bildirib. Ukrayna prezidenti Vladimir Zelenski bu addımı “ilk konkret inkişaf” adlandırıb.
Lakin koalisiya daxilində fikir ayrılıqları mövcuddur. Almaniya kansleri Fridrix Merts Ukraynaya təzyiqlərin artırılmasının tərəfdarıdır, lakin qoşunların yerləşdirilməsi ilə bağlı ehtiyatlı davranır. İtaliyanın baş naziri Corca Meloni isə ölkəsinin qoşun göndərməyəcəyini, lakin sülh sazişinin monitorinqinə töhfə verə biləcəyini bəyan edib.
Qeyd edək ki, ABŞ-ın bu hadisələrə reaksiyası qeyri-müəyyən olsa da, Donald Tramp yaxın vaxtlarda Vladimir Putinlə görüşə biləcəyini açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov da Trampın açıqlamasına müsbət cavab verib.
Roza
-
Sosial01:11Şəhid qızına Sumqayıtda vəzifə verildi
-
Kriminal00:50Nil Monze bıçaqlandı - Foto
-
Sosial00:45Azərbaycanda çörəyin qiyməti qalxıb? - Rəsmi açıqlama
-
Magazin100:15"Biz bunu bacardıq” - Səidə Sultan
-
Qoroskop00:00Günün ulduz falı - Qarşınıza maraqlı fürsətlər çıxa bilər
-
Avropa26 Fevral 23:36Meyxanaçı Vahid Qədim Luqanskda itkin düşdü - İddia
-
Region26 Fevral 22:48Kahramanmaraş yenə silkələndi
-
Elm və təhsil26 Fevral 22:36Direktorların nəzərinə: qeydiyyat başlayır



























.jpg)




