İdman
Görün Mbappe "Real"da kimlərin satılmasını tələb edir - Dostuna görə
"Real" klubunun liderlərindən biri olan Kilian Mbappe komandanın hücum xəttində ciddi dəyişiklik etmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, fransalı hücumçu İspaniya nəhənginin hücumunu yenidən formalaşdırmaq niyyətindədir və bu səbəbdən yığmada komanda yoldaşı və yaxın dostu Maykl Oliseni "kral klubu"nun heyətində görmək istəyir. Eyni zamanda Kilian klub rəhbərliyindən cinah oyunçuları Rodriqo və Vinisius Juniorun satılmasını tələb edir.
Olisenin çıxış etdiyi "Bayern" ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. Onun transfer dəyəri 130 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Olise 2024-cü ilin yayında İngiltərənin "Kristal Pelas" klubundan Münhen təmsilçisinə keçib. 24 yaşlı sağ cinah oyunçusu Almaniya nəhənginin heyətində 89 oyun keçirib, 33 qol vurub və 48 məhsuldar ötürmə edib. O, Münhen klubu ilə birlikdə Almaniya çempionu (2024/25) və ölkə Superkubokunun qalibi (2025/26) olub.
Heybət
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu














.jpg)


















