ABŞ
Melaniya Tramp ilkə imza atacaq
ABŞ-nin birinci xanımı Melaniya Tramp martın 2-də BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasına sədrlik edəcək.
Publika.az xəbər verir ki, bu, ABŞ-nin Şuraya rotasiya qaydasında sədrliyi çərçivəsində baş tutacaq və tarixdə ilk dəfə olacaq.
İclas BMT-nin Nyu-Yorkdakı qərargahında keçiriləcək və "Münaqişə şəraitində uşaqlar, texnologiya və təhsil" mövzusuna həsr olunacaq. Tədbirdə Şura üzvləri və beynəlxalq tərəfdaşlarla yanaşı, ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts da iştirak edəcək.
Birinci xanımın ofisinin yaydığı bəyanatda bildirilib ki, sessiyanın məqsədi təhsilin tolerantlığın və dünya sülhünün təşviqində rolunu vurğulamaqdır. Qeyd olunub ki, Melaniya Trampın rəhbərliyi ilə keçiriləcək iclas Təhlükəsizlik Şurasında təhsil, texnologiya, sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından tarixi əhəmiyyət daşıyır.
BMT baş katibinin sözçüsü Stefan Dujarrik məsələ ilə bağlı jurnalistlərə bildirib ki, təşkilatın tarixində ABŞ-nın birinci xanımının TŞ-də çıxışı ilk dəfə baş tutacaq: "Qeydlərimizə görə təsdiq edə bilərəm ki, indiyədək nə ABŞ-nin birinci xanımı, nə də Prezidenti TŞ-nın iclasına sədrlik edib. Bununla belə, əvvəlki dövrlərdə birinci xanımlar Şuranın üzvü olmayan ölkələr adından iclaslara qatılıblar".
O əlavə edib ki, iclas zamanı baş katib adından brifinqi BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarolo təqdim edəcək.
Sözçünün sözlərinə görə, Melaniya Trampın təşəbbüsü onun münaqişələrdən zərər çəkmiş uşaqlarla bağlı fəaliyyəti ilə üst-üstə düşür. O, xüsusilə Rusiya-Ukrayna münaqişəsi zamanı ailələrindən ayrı düşmüş uşaqların valideynlərinə qaytarılması təşəbbüslər ilə çıxış edib və bir neçə ukraynalı, eləcə də bir rusiyalı uşağın ailəsinə qaytarıldığını açıqlayıb.
-
Magazin120:36Hadise və Gülşen onu məhkəməyə verir
-
İdman20:12Messi "Hörümçək Adam"la birlikdə uçdu - VİDEO
-
İdman19:12“Qarabağ” 1 milyona onu transfer edəcək - FOTO
-
Sosial18:24"Sovetski"də ev qanunsuz sökülüb? - Rəsmi AÇIQLAMA
-
İqtisadi gündəm18:12Dövlət Agentliyi yerli ərzaqlıq buğda ilə bağlı MƏLUMAT YAYDI
-
Region17:45İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır
-
Elm və təhsil16:49İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı
-
Rəsmi xronika16:23Prezident fərman imzaladı























.jpg)









