"Qarabağ"ı gözləyən böyük təhlükə: Bu iki ölkə son həmləyə hazırlaşır
Bizi izləyin

İdman

"Qarabağ"ı gözləyən böyük təhlükə: Bu iki ölkə son həmləyə hazırlaşır

Tarix yazaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyən "Qarabağ" mübarizəni bu raunnda dayandırdı. Hər kəs bundan sonra Ağdam klubunun diqqətini ölkədaxili yarışlara yönəldəcəyini düşünür. Amma bu heç də belə deyil.

Premyer Liqa və kubok ilə yanaşı "köhlən atlar"ın mübarizə apardığı başqa bir cəbhə var - transfer fəaliyyəti. Bəli, sizə qəribə gələ bilər. Hətta deyə bilərsiniz ki, qış transfer pəncərəsi yeni bağlanıb, mövsümləraraası fasiləyə də xeyli vaxt var. Lakin "Qarabağ" heç kimin təsəvvür edə bilməyəcəyi çətinliklərlə üzləşib. Klub və baş məşqçi Qurban Qurbanov bu günlərdə komandanın futbolçu itirməməsi üçün çalışır.

Publika.az-ın əldə etdiyi məlumata görə, yaxın gələcəkdə bir neçə futbolçunun "Qarabağ"ı tərk etmək təhlükəsi var. Buna səbəb bəzi ölkələrdə transfer pəncərəsinin bağlanmamasıdır. Bu, xüsusilə futbol mövsümü yaz-payız sistemi ilə keçirilən liqalara aiddir.

Ağdam klubunun əsas üzvləri - müdafiəçi Mateus Silva, yarımmüdafiəçilər Marko Yankoviç, Pedro Bikalyo, Leandro Andrade, Coni Montiel və hücumçu Kamilo Duranın bir sıra "elçil"əri var. Onlardan yalnız Duran və Montielin hazırkı dövrdə "Qarabağ"ı tərk etmə ehtimalı azdır. Çünki hər ikisi komandadakı vəziyyətindən razıdır və daha çox Avropada çıxış etməyə meyilldirlər.

Digər futbolçulara isə Çin, Yaponiya, Cənubi Koreya, Braziliya və ABŞ klublarından təkliflər gəlib. Xüsusilə Yankoviç və Andradeyə real və yüksək məbləğli təkliflər var. "Qarabağ"ın braziliyalı futbolçuları Silva və Bikalyoya ölkələrinin klubları maraq göstərsə də, Ağdam klubunun onlar üçün təyin ediyi transfer məbləğlərinə görə tərəddüd edirlər. "Sambaçılar"dan fərqli olaraq Leandro və Markonun komandanı tərk etmə ehtimalı yüksəkdir. Çünki onları heyətlərində görmək istəyən klubların maliyyə baxımından imkanları yüksəkdir.

"Qarabağ" tələb etdiyi məbləğ ödəniləcəyi halda futbolçuların satılmasının əleyhinə deyil. Lakin klub indiki heyətin qorumasında maraqlıdır. Hər hansı transferin reallaşması üçün isə baş məşqçi Qurban Qurbanovun təsdiqi də olmalıdır. Braziliya və Çində transfer pəncərəsi gələn həftə başa çatacaq. Buna görə bu ölkələrdən son həmlələr gözlənilir.

Belə vəziyyətdə isə Ağdam təmsilçisinin rəhbərliyi vəziyyətə nəzarət edilməlidir. Futbolçulara təklif edilən məvaciblər yüksəkdir. Bəzi futbolçulara "Qarabağ"la müqayisədə ən azı 2 dəfə çox maaş təklif edilir. Bu isə onların fikirlərini yayındırır. Bunun üçün Azərbaycanın hazırkı çempionu oyunçularla yeni müqavilə imzalamalı və bu prosesdə səxavətli olmalıdırlar. Əks halda "Qarabağ" ən geci yayda heyətinin əksər üzvlərini itirə bilər və ya komandadakı psixoloji vəziyyət gərginləşə bilər.

Odur ki, "Qarabağ"ı Çempionlar Liqasından sonra daha bir gərgin mübarizə gözləyir. Yuxarıda adlarını çəkdiyimiz ölkələrdə transfer pəncərələri bağlanmayana qədər rahatlaşmaq olmaz.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm