Sosial
Azərbaycanda çörəyin qiyməti qalxıb? - Rəsmi açıqlama
Son günlər Azərbaycanda çörəyin qiymətində artım olduğu bildirilir. Qeyd olunur ki, müxtəlif şirkətlərə məxsus çörəklərin qiyməti 10-20 qəpik aralığında artıb.
Publika.az xəbər verir ki, Oxu.Az məsələni aydınlaşdırmaq üçün paytaxtda yerləşən bir neçə market şəbəkəsində bu iddialarla bağlı araşdırma aparıb.
Araşdırmamız əsnasında məlum olub ki, marketlərdə satılan qablaşdırılmış çörəklərin qiymətində artım var. Vurğulanıb ki, məhsuldan asılı olaraq 20 qəpiyə qədər bahalaşma mövcuddur.
Qiymət artımı ilə bağlı Oxu.Az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bunun səbəbi zavodların xərclərinin çoxalmasıdır:
"Dünya bazarında un və buğdanın qiymətində hansısa dəyişiklik yoxdur. Lakin istilik, daşınma, yanacaq, işıq, qaz qiymətlərində artım var. Şirkətlərin marjası (satış qiyməti ilə məhsulun maya dəyəri arasındakı fərq - red.) da məhduddur. Çörək qiymətlərini Tarif Şurası tənzimləməsə də, bu məsələ daim diqqət mərkəzindədir. Ona görə də çox marja qoya bilmirlər.
Lakin şirkətlərin xərclərinin artması qiymətlərin yüksəlməsinə səbəb olur. Həmçinin işçilərə verilən maaşlar çoxaldıqca şirkətlərin büdcəsinə təsir edir".
Məsələ ilə bağlı şirkətlərdən birinin mövqeyini də öyrəndik.
Müəssisədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son dövrlərdə xammal, daşıma və digər xərclərdə baş verən davamlı artımlar istehsal xərclərinin də əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub:
"Məqsədimiz hər zaman yüksəkkeyfiyyətli, sağlam və gündəlik tələbatı ödəyən məhsulları istehlakçılarımıza münasib qiymətlərlə təqdim etməkdir. Mövcud iqtisadi şərtlər nəzərə alınaraq çörək çeşidlərimizdə qiymət tənzimlənməsi həyata keçirilib. Qeyd etmək istərdik ki, bu qərar uzunmüddətli təhlillər və daxili optimallaşdırma tədbirlərindən sonra qəbul edilib. Məqsədimiz qiymət artımını minimum səviyyədə saxlamaq və istehlakçılar üçün xidmətimizin keyfiyyətini və əlçatanlığını qorumaqla balanslı yanaşmanı təmin etməkdir.
Biz başa düşürük ki, qiymət dəyişiklikləri hər bir ailə büdcəsinə təsir edir. Buna görə də istehsal proseslərində səmərəliliyin artırılması, xərclərin optimallaşdırılması və alternativ təchizat imkanlarının araşdırılması istiqamətində işlərimizi davam etdiririk. Müəssisə olaraq şəffaflıq və istehlakçı məmnuniyyəti bizim üçün prioritetdir. Müştərilərimizin anlayışına və etimadına görə təşəkkür edir, keyfiyyətli məhsullarımızla xidmətinizdə olmağa davam edəcəyimizi bildiririk".
-
Sosial01:11Şəhid qızına Sumqayıtda vəzifə verildi
-
Kriminal00:50Nil Monze bıçaqlandı - Foto
-
Sosial00:45Azərbaycanda çörəyin qiyməti qalxıb? - Rəsmi açıqlama
-
Magazin100:15"Biz bunu bacardıq” - Səidə Sultan
-
Qoroskop00:00Günün ulduz falı - Qarşınıza maraqlı fürsətlər çıxa bilər
-
Avropa26 Fevral 23:36Meyxanaçı Vahid Qədim Luqanskda itkin düşdü - İddia
-
Region26 Fevral 22:48Kahramanmaraş yenə silkələndi
-
Elm və təhsil26 Fevral 22:36Direktorların nəzərinə: qeydiyyat başlayır







.jpg)




















.jpg)




