Həyat yoldaşını tələbəsi ilə aldatdı
Bizi izləyin

Dünya

Həyat yoldaşını tələbəsi ilə aldatdı

38 yaşlı iş adamının həyat yoldaşı onu tələbəsi ilə aldadıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adanada fəaliyyət göstərən sığorta şirkətinin sahibi C.B.-nin həyat yoldaşı, Çukurova Universitetinin xarici dillər fakültəsində çalışan 37 yaşlı müəllimə E.B. ərinə xəyanət edib. Bildirilir ki, iş adamı uzun müddət həyat yoldaşının onu aldatmasından xəbərsiz olub.

«Bir gün öyrəndim ki, arvadım 20 yaşlı Seneqal əsilli tələbəsi H.C. ilə intim münasibətdə olub. Onlar artıq bir müddətdir ki, yaxınlıq edirlər» deyən ər hadisədən xəbər tutan kimi məsələ ilə bağlı Çukurova Universitetinin rəhbərliyini məlumatlandırıb: «Həyat yoldaşımın əməlindən universitetin yetkililərinə məlumat verdim. Bununla bağlı şikayət yazıb göndərdim».

İş adamının şikayət ərizəsində qeyd olunur ki, onun həyat yoldaşı universitetin tualetində tələbəsi ilə intim münasibətdə olub: «Bu məsələni ictimailəşdirdikdən sonra həyat yoldaşımla intim münasibətdə olan xarici ölkə vətəndaşı və arvadımın atası M.S.B. tərəfindən ölümlə hədələndim. Bu səbəbdən də prokurorluğa müraciət etdim və məhkəmədən bizi boşamasını xahiş etdim».

Maraqlı məqam ondadır ki, ərinə xəyanət etməkdə ittiham olunan qadın da boşanmaq üçün məhkəməyə müraciət edib. 2 uşaq anası olan müəllimə əri tərəfindən mütəmadi şiddətə məruz qaldığını, döyüldüyünü iddia edib.

Çukurova Universitetinin rəhbərliyi isə müəllimə və tələbə ilə bağlı ortaya atılan iddiaların araşdırılması üçün 3 professordan ibarət komissiya tərtib edib. Komissiya üzvləri ali təhsil müəssisəsinin digər müəllimləri ilə söhbətləşib və məsələ ilə bağlı onların fikirlərini öyrənməyə çalışıb. Araşdırmalardan sonra komissiya üzvləri irəli sürülən iddialarla əlaqədar inzibati istintaqa ehtiyac olmadığı qənaətinə gəliblər.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm