Yaxın Şərq
İsrail Fransanı hədələdi: Bunu etsəniz, qisas ağır olacaq
Paris Fələstinin dövlətçiliyini tanıyarsa, İsrail Fransaya qarşı sərt tədbirlər görməyi düşünür.
Publika.az xəbər verir ki, bu barədə “Politico” avropalı rəsmilərə və ekspertlərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail bir sıra əks tədbirlər hazırlayır. Bunlara İordan çayının qərb sahilinin ilhaqının sürətləndirilməsi, Fransanın Qüdsdəki konsulluğunun bağlanması və Eleon xristian məbədi də daxil olmaqla Fransaya məxsus ərazilərə qarşı tədbir görülməsi daxildir.
İsrail xarici işlər nazirinin müavini Şarren Haskel daha əvvəl Fransa radiosuna müsahibəsində Fransa konsulluğunun bağlanması məsələsinin “baş nazir Benyamin Netanyahunun gündəmində olduğunu” təsdiqləyib.
Vəziyyəti şərh edən avropalı diplomat bəyan edib ki, İsrail "qisas almaq üçün heç nədən çəkinməyəcək”. O, iki ölkə arasında münasibətlərin istənilən halda "xeyli dərəcədə pisləşəcəyini" iddia edib. Əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron bu prosesin arxasında duran “hərəkətverici qüvvəyə” çevrilib və Netanyahu ilə dialoq artıq çətinləşib.
Fransa sentyabrın 22-də Qəzzadakı vəziyyətdən və İsrail hakimiyyətinin qərarlarından asılı olmayaraq, Fələstinin tanınması ilə bağlı BMT-də konfrans keçirmək niyyətindədir. Makron daha əvvəl bəyan etmişdi ki, Paris BMT Baş Assambleyasında Fələstin dövlətçiliyini rəsmən tanımağa hazırdır.
Böyük Britaniya da oxşar mövqedən çıxış edib: iyulun 29-da baş nazir Keyr Starmerin ofisi bəyan edib ki, əgər İsrail Qəzzada hərbi əməliyyatı dayandırmasa və humanitar yardımın qarşısını almağa davam etsə, London Baş Assambleyanın sessiyasından əvvəl Fələstini tanıyacaq.
Fələstin hazırda BMT-nin 148 üzvü tərəfindən tanınır. Onun 95 ölkədə səfirlikləri və daimi nümayəndəlikləri var.
Tural
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO








.jpg)




.jpg)






.jpg)
















.jpg)


