Dünya
Braziliya prezidenti Trampla bağlı görün nə dedi

Braziliya prezidenti Luiz İnasiu Lula da Silva ABŞ prezidenti Donald Trampla heç bir əlaqəsinin olmadığını bildirib.
Publika.az xəbər verir ki, “BBC”yə danışan Lula da Silva bir çox ölkələrin liderləri, o cümlədən ABŞ-ın keçmiş prezidentləri ilə yaxşı münasibətlər qurduğunu, lakin Tramp administrasiyasının istisna olduğunu bildirib.
"Trampla heç bir əlaqəm yoxdur, çünki o, ilk dəfə seçiləndə prezident deyildim. Onun münasibəti Braziliya ilə deyil, Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ilədir. Biz heç vaxt birbaşa görüşməmişik. Bu, Trampın ünsiyyət qurmaq istəməməsindən qaynaqlanır", - deyə o iddia edib.
Lula da Silva həmçinin vurğulayıb ki, Tramp ABŞ-ın prezidenti ola bilər, amma o, dünyanın imperatoru deyil.
Braziliya mətbuatının yazdığına görə, Tramp Braziliyanı ABŞ şirkətlərinə çox pis münasibət göstərməkdə ittiham edib.
Roza

-
Sosial22:24
Nikah mərasimlərinə Prezident qatıldı - VİDEO
-
Hadisə20:12
İnək şirniyyat mağazasına HÜCUM ÇƏKDİ: yaralı var - VİDEO
-
Hadisə20:00
Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşdı: çox sayda yaralı var - YENİLƏNDİ
-
Kriminal19:12
Goranboyda daha bir AİLƏ FACİƏSİ
-
Avropa18:36
Daha bir soydaşımız Ukrayna uğrunda ŞƏHİD OLDU - FOTO
-
Səhiyyə17:00
Süni mayalanmanın bahalı sınağı: Hər klinika istədiyi qiyməti tətbiq edir
-
Sosial13:36
“Kartdan-karta” ödənişin yaratdığı təhlükə: Uduzan kim olur?
-
MDB10:06
Ukraynadan qaçan Kuleba qayıtdı: Aqibəti necə olacaq?