ABŞ
Tramp güllələnmiş Kirkin dəfn mərasimində çıxış edəcək

ABŞ Prezidenti Donald Tramp, vitse-prezident J.D.Vens, Nümayəndələr Palatasının spikeri Mayk Cons və federal kabinet üzvləri sentyabrın 21-də siyasətçi Çarli Kirkin dəfn mərasimində çıxış edəcəklər.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News" telekanalında bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Arizonadakı anım mərasiminə ABŞ administrasiyasının əməkdaşlarının olduğu tam dolu iki təyyarə göndəriləcək.
Sentyabrın 10-da mühafizəkar fəal Çarli Kirk Yuta ştatında universitetin kampusunda çıxışı zamanı qətlə yetirilib. O, 180 metr məsafədən tüfənglə vurulub, güllə boynuna girib. Kirk xəstəxanaya çatdırılsa da, sağ qala bilməyib.
Bir neçə gün sonra polis 22 yaşlı tələbə Tayler Robinsonu həbs edib. Gənci keçmiş polis zabiti atası təhvil verib. Müstəntiqlər şübhəlinin motivlərinin Kirkin siyasi baxışlarına qarşı çıxmasından qaynaqlandığını düşünürlər.
Hüseyn İbadlı

-
Sosial22:24
Nikah mərasimlərinə Prezident qatıldı - VİDEO
-
Hadisə20:12
İnək şirniyyat mağazasına HÜCUM ÇƏKDİ: yaralı var - VİDEO
-
Hadisə20:00
Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşdı: çox sayda yaralı var - YENİLƏNDİ
-
Kriminal19:12
Goranboyda daha bir AİLƏ FACİƏSİ
-
Avropa18:36
Daha bir soydaşımız Ukrayna uğrunda ŞƏHİD OLDU - FOTO
-
Səhiyyə17:00
Süni mayalanmanın bahalı sınağı: Hər klinika istədiyi qiyməti tətbiq edir
-
Sosial13:36
“Kartdan-karta” ödənişin yaratdığı təhlükə: Uduzan kim olur?
-
MDB10:06
Ukraynadan qaçan Kuleba qayıtdı: Aqibəti necə olacaq?