Həsrət Cəfərov yenidən dünya çempionatının finalında
Bizi izləyin

İdman

Həsrət Cəfərov yenidən dünya çempionatının finalında

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı sona yaxınlaşır.

Publika.az xəbər verir ki, yarışın səkkizinci günündə yunan-Roma güləşi üzrə 60, 67 və 87 kiloqramlarda mübarizəyə start verilib. Murad Məmmədov (63 kiloqram) startda qırğızıstanlı Bayaman Kərimova 8:5 hesabı ilə qalib gəlib. Güləşçimiz növbəti görüşdə son saniyələrdə işlətdiyi fəndlə türkiyəli Kərəm Kamalı üstələyərək (5:3) adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə iranlı Mohammad Keştkara uduzub – 0:8.

Həsrət Cəfərov (67 kiloqram) venesuelalı Neyser Hidalqoya və avstraliyalı Tsuçika Şimoyamadaya 9:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə ermənistanlı Slavik Qalstyandan güclü olan (4:3) Həsrət yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevlə qarşılaşıb və 3:1 hesablı qələbə ilə yenidən dünya çempionatının finalına vəsiqə qazanıb. Cəfərov sabah həlledici qarşılaşmada iranlı Olimpiya, dünya və Asiya çempionu Səid Esmaili ilə üz-üzə gələcək.

İslam Abbasov (87 kiloqram) belaruslu Stanislav Şafarenkanı (UWW) tam üstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qırğızıstanlı Asan Janişova 3:4 hesabı ilə məğlub olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm