ABŞ
Trampdan Ukrayna münaqişəsi ilə bağlı gözlənilməz qərar - “Sərnişin kürsüsü”nə oturub

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda aktiv diplomatik fəaliyyətdən geri çəkilib və Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsi də daxil olmaqla “sərnişin kürsüsü”nə oturub.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" analitiklərə istinadla məlumat yayıb.
Son vaxtlara qədər Tramp mürəkkəb beynəlxalq münaqişələrin həlli və ya onlara vasitəçilik üçün öz ideyalarını fəal şəkildə təklif edirdi, lakin son həftələr o, onların həllində iştirakını faktiki olaraq dayandırıb.
İndi prezident müttəfiqlərinə təşəbbüs göstərmək imkanı verib, hətta bəzi hallarda onları buna sövq edib, konkret məlumat olmadan ABŞ-ın dəstəyinə dair ümumi vədlərlə məhdudlaşıb.
"Reuters"ün məlumatına görə, Trampın diqqəti indi cinayətlə mübarizə, “solçu ekstremizmlə” mübarizə və viza proqramlarına yenidən baxılması kimi ABŞ-ın daxili məsələlərinə yönəlib.
Sentyabrın 20-də agentlik yazıb ki, Trampın Rusiyaya qarşı ziddiyyətli siyasəti Vaşinqtonda işləyən avropalı diplomatların yorğunluğuna səbəb olur.
Hüseyn İbadlı

-
Sosial23:24
AZTV-nin sabiq sədri VƏFAT ETDİ - FOTO
-
Sosial23:12
Polkovnik-leytenantın dəfn yeri məlum oldu - YENİLƏNDİ
-
İdman22:48
“Demək olar ki, mən ən xoşbəxt baş məşqçiyəm”
-
Sosial22:24
Nikah mərasimlərinə Prezident qatıldı - VİDEO
-
Hadisə20:12
İnək şirniyyat mağazasına HÜCUM ÇƏKDİ: yaralı var - VİDEO
-
Hadisə20:00
Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşdı: çox sayda yaralı var - YENİLƏNDİ
-
Kriminal19:12
Goranboyda daha bir AİLƏ FACİƏSİ
-
Avropa18:36
Daha bir soydaşımız Ukrayna uğrunda ŞƏHİD OLDU - FOTO