Dünya
Ərdoğan Mitsotakis ilə görüşəcək: Hansı mesajı verəcəklər?

Yunan mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin sentyabrın 23-də Nyu-Yorkda görüşəcəyini yazıb.
Publika.az xəbər verir ki, “Kathimerini” qəzetinin iddiasına görə, Ərdoğan və Mitsotakis Birləşmiş Millətlər Təşkilatının 80-ci sessiyası zamanı görüşəcəklər.
Qəzet yazır ki, bu məlumat Afina hökumətindəki mənbələr tərəfindən də təsdiqlənib.
Bildirilib ki, Ankara ilə Afina arasında münasibətlərdə gərginlik artsa da, tərəflər son vaxtlar diplomatik təmasları intensivləşdiriblər. Həmçinin görüşdən böyük nəticələr gözlənilməsə də, Mitsotakis danışıqlardan sonra sakitlik və sabitlik mesajı verə bilər.
Qəzet, həmçinin BMT-nin Nyu-Yorkdakı sessiyası çərçivəsində Ankara və Afina arasında daha bir yüksək səviyyəli görüşün keçirilə biləcəyini yazıb.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritisin də eyni tədbir çərçivəsində görüşməsi ehtimal olunur.
Roza

-
Region15:23
Ermənistan MTX rəhbəri Bakıda forumda iştirak edəcək
-
Nida Xəbər 14:56
Firad Əliyev vəzifəsindən azad olundu
-
İdman14:24
Bu üç model Messini "yoldan çıxarmaq" istədi - VİDEO
-
Sosial13:30
Bakıda və bölgələrdə leysan yağacaq - PROQNOZ
-
Nida Xəbər 12:30
Əli Əsədov qərar imzaladı
-
Sosial12:20
Bu şəxslər təhsillərini bitirən zaman 2600 manat müavinət alacaqlar - QƏRAR
-
İdman11:50
Bütün dünya Bakıdakı bu pişikdən danışır - FOTOLAR
-
Region11:37
Paşinyanın partiyasında “gecə araşdırması” - Anonim məktubu yazan tapıldı