Dünya
"Taliban" lideri iqamətgahını gizli şəkildə tərk etdi - Əfqanıstanda nə baş verir?

Əfqanıstanın "Taliban" hərəkatının lideri əmir Mövləvi Heybətullah Axundzadə bazar günü, sentyabrın 21-nə keçən gecə Qəndəhardakı iqamətgahını gizli şəkildə tərk edib.
Publika.az xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.
Qeyd olunub ki, bu, ABŞ Prezidenti Donald Trampın Baqram aviabazasını Vaşinqtonun nəzarətinə qaytarmaqdan imtina etməsi ilə bağlı təhdidləri fonunda baş verib. Hazırda "Taliban" liderinin dəqiq yeri məlum deyil.
Yerli KİV-in məlumatına görə, bəzi yüksək rütbəli "Taliban" rəsmiləri Rusiyanı mümkün mühacirət məkanı hesab edirlər. Rusiya ilə yanaşı, İran və Pakistan da nəzərdən keçirilir.
Sentyabrın 18-də Londona işgüzar səfəri zamanı Tramp bəyan edib ki, ABŞ Əfqanıstanın Baqram aviabazasını geri almağa ümid edir və bunun üçün müəyyən addımlar atır. O bildirib ki, Əfqanıstan Baqramı onu tikənlərə - ABŞ-a qaytarmasa, "pis hadisələr baş verəcək".
Bunun ardınca Əfqanıstan hökuməti Birləşmiş Ştatlara 29 fevral 2020-ci ildə Qətərin paytaxtı Dohada ABŞ və Taliban hərəkatı arasında imzalanmış sülh müqaviləsi Doha Sazişinə uyğun olaraq güc tətbiq etməmək öhdəliyini xatırladıb.
Hüseyn İbadlı

-
Ekologiya20:24
Ordubada 19 sm qar yağdı - VİDEO
-
Magazin120:00
Bu da Aynişanın yeni evi - FOTO
-
Hadisə18:48
Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar
-
Dünya10:51
Təhlükəli tendensiya: Yeniyetmələr kütləvi şəkildə ağızlarını kəsirlər – Nə baş verir?
-
Hadisə09:00
Daşkəsəndə sərxoş kişi evə gec gələn arvadını döydü
-
Sağlamlıq08:36
Çox arıq olmaq artıq çəkidən daha TƏHLÜKƏLİDİR
-
MDB08:24
Qazaxıstan ən uzun dəvə karvanı üzrə rekord qırdı - VİDEO
-
Avropa08:12
Almaniyada göbələk yığan şəxs casusluqda ittiham olunur