Baqram aviabazasında GÜCLÜ PARTLAYIŞ - Trampın hədəsindən sonra...
Bizi izləyin

Dünya

Baqram aviabazasında GÜCLÜ PARTLAYIŞ - Trampın hədəsindən sonra...

Əfqanıstanın Pərvan vilayətinin Baqram rayonundakı eyni adlı hərbi bazanın qapısında partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Jomhur" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu keçid məntəqəsi regionda əsas hərəkət mərkəzidir.

“Pərvan əyalətindəki yerli mənbələr “Si Dukan” kimi tanınan Baqram aviabazasının dördüncü qapısı yaxınlığında partlayışın baş verdiyini bildirib”, - agentlik yazıb.

Partlayışın səbəbi məlum deyil. Bəzi mənbələr bunun ya raket, ya da PUA hücumu ola biləcəyini iddia edir.

Medianın məlumatına görə, partlayış ABŞ Prezidenti Donald Trampın aviabazanın amerikalılara qaytarılması ilə bağlı bəyanatları ətrafında artan siyasi gərginlik fonunda baş verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm