Dünya
Portuqaliya Fələstinin dövlətçiliyini RƏSMƏN TANIDI

Portuqaliya Fələstini müstəqil dövlət kimi tanıyıb. B
Publika.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Paulo Rangelin bəyanatına istinadla "SIC Notícias" telekanalı məlumat yayıb.
Nyu-Yorkda Portuqaliyanın BMT-dəki missiyasında çıxış edən XİN rəhbəri qeyd edib ki, Fələstinin tanınması Portuqaliya Nazirlər Kabinetinin məsləhətləşmələr prosesindən sonra qəbul etdiyi qərarın birbaşa nəticəsidir. Rangel vurğulayıb ki, məsləhətləşmələr ölkə prezidentinin və parlament partiyalarının böyük əksəriyyətinin mövqelərinin uyğunluğunu təsdiqləyib.
Nazir iki dövlətin - yəhudi və ərəbin mövcudluğunu İsrail-Fələstin münaqişəsinin gələcək həllinə aparan yol kimi qiymətləndirib. Rangel bildirib ki, Lissabon İsrailin mövcud olmaq və milli təhlükəsizliyini təmin etmək hüququnu təsdiqləyir və o, Portuqaliya və İsrail xalqları arasında "xüsusi dostluq"a işarə edib.
Hüseyn İbadlı

-
Kriminal00:45
Tovuz sakini döyülərək öldürüldü - Saxlanılan var
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz dəyişikliklər ola bilər
-
Magazin221 Sentyabr 22:48
Üç ildən sonra ayrıldıqlarını rəsmən ELAN ETDİLƏR
-
Ekologiya21 Sentyabr 21:36
İlin son Günəş tutulması başladı
-
İdman21 Sentyabr 20:48
Qurbanov onunla bağlı ANONS VERDİ - “Yaxın zamanlarda...”
-
Ekologiya21 Sentyabr 20:24
Ordubada 19 sm qar yağdı - VİDEO
-
Magazin121 Sentyabr 20:00
Bu da Aynişanın yeni evi - FOTO
-
Hadisə21 Sentyabr 18:48
Gəncədə 18 yaşlı oğlanı döyüb yol kənarına atdılar