“Barselona”dan “Qızıl top” mərasiminə kimlər gedəcək?
Bizi izləyin

İdman

“Barselona”dan “Qızıl top” mərasiminə kimlər gedəcək?

“Barselona”nın 2025-ci il “Qızıl top” mükafatının təqdimat mərasimində iştirak edəcək nümayəndə heyətinin tərkibi məlum olub.

Publika.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, komandadan Parisə Lamine Yamal, Rafinia, Pau Kubarsi və baş məşqçi Hans-Diter Flik yollanacaq.

Onlara prezident Xuan Laporta və klub rəhbərliyinin digər üzvləri, həmçinin qadın komandadan futbolçular da qoşulacaqlar. Qeyd olunur ki, Pedri və Robert Levandovski mərasimdə iştirak etməyəcəklər.

Təqdimat mərasimi sentyabrın 22-də Parisdə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm