İdman
“Bayer Leverkuzen” xal itirdu, “Borussiya Dortmund” isə...

Bundesliqanın 4-cü turuna bu gün keçirilən üç oyunla yekun vurulub.
Publika.az xəbər verir ki, ilk oyunda “Aytraxt Frankfurt” gözlənilmədən doğma divarlar arasında “Union Berlin”ə uduzub – 3:4. “Bayer Leverkuzen” də öz meydanında xal itirib. Leverkuzenlilər “Mönxenqladbax” ilə görüşdə minimal hesablı üstünlüyü 90+2-ci dəqiqədə buraxdıqları qol sayəsində əldən veriblər.
Günün sonuncu görüşündə isə “Borussiya Dortmund” klubu “Volfsburq”u məğlub edib – 1:0.
Xatırladaq ki, Bundesliqanın 4-cü turunun açılış matçında “Ştutqart” öz meydanında “St Pauli”yə 2:0 hesabı ilə qalib gəlib. “Bavariya” Münxendə “Hoffenhaym” üzərində 4:1 hesablı qələbə qazanıb. Görüşdə “Bavariya”nın ingilis legioneri Harri Keyn het-trik edib. “Maynts” səfərdə “Auqsburq”u eyni hesabla (4:1) məğlub edib. “Hamburq” doğma meydanında “Haydenhaym”dan üstün olub – 2:1. “Frayburq” səfərdə “Verder Bremen”in qapısından üç cavabsız top keçirib. “Leyptsiq” isə ev oyununda “Köln”ü 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Dörd turdan sonra “Bavariya” maksimum nəticə göstərərək Bundesliqaya liderlik edir. “Borussiya Dormund” 10 xalla ikinci, “Leyptsiq” 9 xalla üçücü sırada qərarlaşıb.

-
Hadisə02:12
Bakıda yaşayış binası yanır
-
Kriminal00:45
Tovuz sakini döyülərək öldürüldü - Saxlanılan var
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz dəyişikliklər ola bilər
-
Magazin221 Sentyabr 22:48
Üç ildən sonra ayrıldıqlarını rəsmən ELAN ETDİLƏR
-
Ekologiya21 Sentyabr 21:36
İlin son Günəş tutulması başladı
-
İdman21 Sentyabr 20:48
Qurbanov onunla bağlı ANONS VERDİ - “Yaxın zamanlarda...”
-
Ekologiya21 Sentyabr 20:24
Ordubada 19 sm qar yağdı - VİDEO
-
Magazin121 Sentyabr 20:00
Bu da Aynişanın yeni evi - FOTO