Dünya
Tramp elan etdi: "TikTok"un ABŞ-dakı yeni sahibləri onlardır

ABŞ prezidenti Donald Tramp “TikTok”un Birləşmiş Ştatlarda amerikalı investorların nəzarətinə keçəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Tramp bunu “Fox News”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Oracle”-ın qurucusu Larri Ellison, “Dell” şirkətinin rəhbəri Maykl Dell, media maqnatı Rupert Merdok və oğlu Laxlan Merdok “TikTok”a sahiblənmək üçün yaradılan konsorsiumun əsas üzvləri olacaq. “Onlar tanınmış və etibarlı şəxslərdir”, - deyə prezident vurğulayıb.
Ağ Evdən verilən məlumata görə, “Oracle”-ın rəhbərliyi altında yaradılacaq yeddi nəfərlik şuranın altısı amerikalılardan ibarət olacaq və “TikTok”un həm istifadəçi məlumatları, həm də alqoritmi ABŞ-ın nəzarətində olacaq.
Qeyd edək ki, ABŞ Konqresi ötən il “TikTok”u “milli təhlükəsizliyə təhdid” adlandıraraq, 2025-ci il yanvarınadək “ByteDance” şirkətinə səhmlərin 80 faizini amerikalı tərəfdaşlara ötürmək öhdəliyi qoymuşdu. Əks halda, tətbiqin ölkədə qadağan ediləcəyi qərara alınmışdı.
Roza

-
Nida Xəbər 16:16
İrəvana gedən Murad Muradov ermənilərə dedi: Sülh prosesini başa çatdırmaq üçün...
-
Sosial16:03
Bakıya giriş pullu olacaq - Bu tarixdən etibarən..../VİDEO
-
Dünya16:00
Ərdoğan dünya mediasının gündəmində: Türkiyə mövqeyini möhkəmləndirir
-
Sosial15:00
Pensiya alanlara şad xəbər!
-
Nida Xəbər 13:16
Simonyanın Bakıya səfəri zamanı hansısa razılıq əldə olunub?
-
İqtisadi gündəm11:27
2600 manat müavinət kimlərə ödəniləcək?
-
Dünya09:54
İngiltərədən Rusiya və Çinə gözlənilməz hədiyyə: Sensasion hesabat
-
Rəsmi xronika09:27
İlham Əliyev forum iştirakçılarına müraciət etdi